Tenqri
Ana Səhifə
Dünya

BMT qeyri-qanuni silah dövriyyəsinin yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edib

Silahlı münaqişələr başa çatdıqdan illər sonra belə, həmin münaqişələr zamanı istifadə olunmuş silahlar çox vaxt dövriyyədə qalır, dövlət sərhədlərini keçir, cinayətkarlığı “qidalandırır” və sülhün möhkəmləndirilməsi istiqamətində səylərə zərbə vurur AZƏRTAC xəbər verir ki, bu fikir BMT-nin Nyu-Yor

0 baxışazertag.az
BMT qeyri-qanuni silah dövriyyəsinin yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edib
Paylaş:

Silahlı münaqişələr başa çatdıqdan illər sonra belə, həmin münaqişələr zamanı istifadə olunmuş silahlar çox vaxt dövriyyədə qalır, dövlət sərhədlərini keçir, cinayətkarlığı “qidalandırır” və sülhün möhkəmləndirilməsi istiqamətində səylərə zərbə vurur AZƏRTAC xəbər verir ki, bu fikir BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında bu həftə keçirilən müzakirələrdə səsləndirilib Müzakirələrin əsas mövzularından biri qeyri-qanuni odlu silahların yayılması və müasir texnologiyaların inkişafı ilə bağlı ortaya çıxan yeni çağırışlar olub. Ekspertlər xəbərdarlıq ediblər ki, 3D çap texnologiyası vasitəsilə hazırlanan silahların meydana çıxması, eləcə də qaçaqmalçılıq şəbəkələrinin təkmilləşməsi hüquq-mühafizə orqanlarının və dövlət qurumlarının işini xeyli çətinləşdirir BMT-nin silahsızlanma məsələləri üzrə ali nümayəndəsi İzumi Nakamitsu bildirib ki, müharibənin başa çatması silah dövriyyəsinin dayanması demək deyil. Onun sözlərinə görə, münaqişələr zamanı istifadə edilmiş silahlar çox vaxt nəzarətdən kənarda qalır, illərlə gizli yerlərdə saxlanılır və tez-tez sərhədlərdən keçirilərək əhali üçün təhlükə yaratmaqda davam edir Xüsusi narahatlıq doğuran məsələlərdən biri ayrı-ayrı hissələrdən yığılan və seriya nömrələri olmayan “kölgə silahlar”dır. Bu səbəbdən hüquq-mühafizə orqanları həmin silahların mənşəyini və hərəkət marşrutunu izləməkdə ciddi çətinliklərlə üzləşirlər. Ənənəvi istehsal və nəzarət sistemlərindən kənarda ayrı-ayrı komponentlərin, bəzi hallarda isə tam işlək silahların hazırlanmasına imkan verən 3D çap texnologiyalarının inkişafı da əlavə çətinliklər yaradır. Ekspertlərin fikrincə, bu texnologiyaların əlçatan olması qeyri-qanuni silahların daha geniş yayılma riskini artırır Müzakirələr zamanı qeyd olunub ki, tapança, revolver və avtomatlar DA daxil olmaqla atıcı silahlar bir nəfər tərəfindən istifadə edilə bilər. Qumbaraatanlar, pulemyotlar, daşınan zenit və ya tank əleyhinə komplekslər də daxil olmaqla yüngül silahlar isə kiçik heyətlər tərəfindən idarə olunur. Nisbətən ucuz, uzunömürlü və istifadəsi sadə olduğuna görə bu cür silahlar onilliklər ərzində dövriyyədə qala bilir Müzakirə iştirakçıları ən bariz nümunələrdən biri kimi Liviyadakı vəziyyəti göstəriblər. 2011-ci il münaqişəsindən sonra talan edilmiş arsenalardan çıxan silahlar Sahel regionu ölkələrinə, o cümlədən Nigerə, Burkina Fasoya və Nigeriyaya yayılıb. Həmin silahların əhəmiyyətli hissəsi sonradan ekstremist qruplaşmaların əlinə keçib İdzumi Nakamitsunun sözlərinə görə, silahlar münaqişələr başa çatdıqdan sonra da insanlara zərər vurmağa davam edir. Latın Amerikası və Karib hövzəsində qeyri-qanuni odlu silahlar mütəşəkkil cinayətkarlıq və yüksək qətl göstəriciləri ilə sıx bağlıdır. BMT-nin qiymətləndirmələrinə əsasən, regionun bəzi hissələrində zorakılıq nəticəsində baş verən bütün ölümlərin 70-80 faizi odlu silahların payına düşür Səhranın cənubunda yerləşən Afrika ölkələrində də atıcı silahların yayılması ciddi problem olaraq qalır. Münaqişələrin aktiv mərhələsi başa çatdıqdan illər sonra belə, silahlı qrupların və özünümüdafiə dəstələrinin silaha malik olması zorakılığın yenidən alovlanması riskini yaradır BMT-də vurğulanıb ki, qeyri-qanuni silah dövriyyəsinin nəticələri silahlı münaqişələrin hüdudlarını xeyli aşır. Bu hal insan hüquqlarının pozulmasına, terrorizmin yayılmasına, həmçinin seksual və gender əsaslı zorakılığa şərait yaradır Bu təhdidlərə qarşı mübarizə məqsədilə BMT-yə üzv dövlətlər 2001-ci ildə milli qanunvericiliyin gücləndirilməsini, silah anbarlarının təhlükəsizliyinin artırılmasını, qeyri-qanuni silah dövriyyəsinə qarşı mübarizəni və beynəlxalq əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Fəaliyyət Proqramını qəbul ediblər 2005-ci ildə qəbul olunmuş beynəlxalq monitorinq mexanizmi də bu istiqamətdə mühüm addımlardan biri olub. Həmin mexanizm qeyri-qanuni silahların markalanması, qeydiyyatı və izlənməsi üzrə qlobal standartlar müəyyən edib. Bu sistem silahların mənşəyini və onların qeyri-qanuni bazarlara hansı yollarla düşdüyünü müəyyən etməyə imkan verir BMT-də xatırladılıb ki, təşkilatın keçmiş Baş katibi Kofi Annan atıcı silahları onların istifadəsi nəticəsində həlak olan və yaralanan insanların sayının çoxluğunu nəzərə alaraq “əsl kütləvi qırğın silahı” adlandırmışdı İdzumi Nakamitsunun fikrincə, qeyri-qanuni silah dövriyyəsinin miqyasının azaldılması dünyanın bir çox ölkəsində təhlükəsizliyin güclənməsinə kömək edərdi. O, bu sahədə səmərəli nəzarət və tənzimləmənin vacibliyini vurğulayaraq bildirib ki, belə tədbirlər insanların həyatını daha təhlükəsiz və daha sakit edə bilərdi 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler