Tenqri
Ana Səhifə
Dünya

BMT Baş katibinin elçisi: Regional inteqrasiya ölkələrə problemləri birlikdə həll etməyə imkan verir

Regional inteqrasiya ölkələrə problemləri birlikdə həll etməyə imkan verir APA xəbər verir ki, bunu Davamlı İnkişafın Maliyyələşdirilməsi üzrə BMT Baş katibinin xüsusi elçisi Mahmud Mohieldin Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il İllik Toplantısı çərçivəsində təşkil olunan

0 baxışapa.az
BMT Baş katibinin elçisi: Regional inteqrasiya ölkələrə problemləri birlikdə həll etməyə imkan verir
Paylaş:

Regional inteqrasiya ölkələrə problemləri birlikdə həll etməyə imkan verir APA xəbər verir ki, bunu Davamlı İnkişafın Maliyyələşdirilməsi üzrə BMT Baş katibinin xüsusi elçisi Mahmud Mohieldin Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il İllik Toplantısı çərçivəsində təşkil olunan “IsDB regionlarında regional inteqrasiyanın hərəkətverici qüvvələri” adlı panel müzakirəsində deyib “Qonşu ölkələr yalnız problemləri deyil, həll yollarını da paylaşırlar. Regional inteqrasiya təkcə beynəlxalq təşkilatlar üçün deyil, həm də ticarət, investisiya və bilik mübadiləsinin genişlənməsi baxımından vacibdir”, o qeyd edib. O bildirib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv 57 ölkəyə yalnız vahid blok kimi deyil, həm də regional əməkdaşlıq imkanları baxımından yanaşmaq lazımdır “Regional əməkdaşlıq əməliyyatların miqyasını genişləndirir, qarşılıqlı tamamlayıcılığı gücləndirir və bilik mübadiləsinə şərait yaradır. Xüsusilə sərhəd qonşuluğu olan ölkələr üçün bu imkanlar daha böyük əhəmiyyət daşıyır”, – o vurğulayıb Mahmud Mohieldin qeyd edib ki, nəqliyyat və kommunikasiya texnologiyalarının inkişafı region anlayışının sərhədlərini genişləndirib. “Bu gün region anlayışı yalnız coğrafi yaxınlıqla məhdudlaşmır. Dünyanın istənilən nöqtəsinə bir neçə saat ərzində çatmaq mümkündür. Bu isə yeni əməkdaşlıq və inteqrasiya imkanları yaradır”, – o bildirib BMT rəsmisinin sözlərinə görə, qlobal iqtisadi ağırlıq mərkəzi son onilliklər ərzində Qərbdən Şərqə doğru hərəkət edir. “Dünya iqtisadiyyatının ağırlıq mərkəzi getdikcə daha çox Asiyaya, xüsusilə Çin və Hindistana doğru yönəlir. Bu dəyişiklik beynəlxalq əməkdaşlıq və iqtisadi əlaqələrin yeni formatlarını tələb edir”, – Mohieldin qeyd edib O vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr dünya əhalisinin təxminən dörddə birini təşkil etsələr də, qlobal iqtisadiyyatda və ticarətdə onların payı daha aşağıdır. “İƏT ölkələrində dünya əhalisinin təxminən 25 faizi yaşayır. Lakin onların qlobal ÜDM-də payı 10-12 faiz, qlobal ticarətdə isə 10-13 faiz civarındadır. Bu isə mövcud potensialın tam reallaşdırılmadığını göstərir”, – o bildirib Mahmud Mohieldin regional əməkdaşlıq sahəsində ASEAN təcrübəsini nümunə göstərib. “ASEAN bu gün təxminən 700 milyon əhalisi olan və ümumi iqtisadi həcmi 4 trilyon dollara yaxınlaşan böyük iqtisadi məkandır. Bu uğur mükəmməl modelin deyil, davamlı əməkdaşlığın, praqmatik yanaşmanın və mərhələli inkişafın nəticəsidir”, – o vurğulayıb O əlavə edib ki, ölkələr ticarət, investisiya, bilik mübadiləsi və insanların hərəkətliliyi sahələrində daha sıx əməkdaşlıq etdikdə həm böhranların öhdəsindən daha asan gəlir, həm də dayanıqlı inkişaf üçün yeni imkanlar yaradırlar. “Biz ya birlikdə inkişaf edib yüksələcəyik, ya da parçalanma və durğunluq riski ilə üzləşəcəyik. Regional inteqrasiya məhz bu seçimin müsbət tərəfidir”, – Mahmud Mohieldin bildirib

Kaynak: apa.az

Diğer Haberler