BMT Baş katibi xəbərdarlıq edib: Nifrət ritorikası sürətlə yayılır
BMT Baş katibi Antonio Quterreş cümə axşamı günü xəbərdarlıq edərək bildirib ki, nifrət ritorikası sülh və təhlükəsizliyə ciddi və artan bir təhdiddir. O, soyqırımına və digər vəhşi cinayətlərə səbəb ola biləcək proseslərin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb AZƏRTAC təşkilatın mə

BMT Baş katibi Antonio Quterreş cümə axşamı günü xəbərdarlıq edərək bildirib ki, nifrət ritorikası sülh və təhlükəsizliyə ciddi və artan bir təhdiddir. O, soyqırımına və digər vəhşi cinayətlərə səbəb ola biləcək proseslərin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, A. Quterreş BMT-nin Nyu-Yorkdakı baş qərargahında ənənəvi və yerli liderlərin sülhün təşviqində və sosial birliyin gücləndirilməsində rolunu vurğulayan Maskat Fəaliyyət Planının təqdimatında çıxış edib. O vurğulayıb: “Nifrət ritorikası icmaları bölür, bütöv qrupları insanlıqdan kənarlaşdırır və qan tökülməsinə zəmin yaradır. Bu, həm də qəsdən edilir və demək olar ki, hər bir soyqırımı və vəhşi cinayətlər üçün əsas komponentdir” Baş katib bütün bu neqativ halların qarşısı almaq üçün təhsil, zorakılığa məruz qalan insanlara dəstək, hökumətlərin və texnologiya şirkətlərinin daha güclü müdaxilələri, ənənəvi və yerli liderlərlə daha dərin əlaqələr vasitəsilə tədbirlər görülməsini tələb etdiyini bildirib Quterreşin sözlərinə görə, bəzi liderlər yerli reallıqlar haqqında vacib biliklər gətirirlər və xalqlarının hörmət və etibarını qazanırlar. Bundan əlavə, onların səlahiyyətləri və təsirləri gərginliyin azalmasına kömək edə bilər. Bu siyasətçilərin təcrübələri mübahisələrin vasitəçiliyinin və həllinin hörmətlə qarşılanacağına, həyata keçiriləcəyinə və davam etdiriləcəyinə daha çox ehtimal yaradır Baş katib hesab edir ki, üzv dövlətlər qarşılıqlı anlaşma və sosial birlik yaradan dialoqu dəstəkləməlidir. Onlar, həmçinin ənənəvi və yerli liderlərə mifləri dağıtmaqla, zərərli ideologiyaları və şayiələri təkzib etməklə, zorakılığa təhrikləri pisləməklə, tolerantlığı və birgəyaşayışı təşviq etməklə nifrət dolu rəvayətlərə qarşı çıxmağa kömək etməlidir Onun sözlərinə görə, daha bir mühüm amil ənənəvi, yerli və siyasi aktorlar arasında daha dərin əməkdaşlıqdır. Buraya ənənəvi və yerli liderlərin yerli münaqişələrdə vasitəçilik etmək imkanlarının genişləndirilməsi, nifrət ritorikasına qarşı mübarizə və vəhşi cinayətlərin qarşısının alınması üçün yerli mexanizmlər üzrə siyasət rəhbərliyinin hazırlanması daxildir Baş katib bildirib ki, nifrət nitqinin və vəhşi cinayətlərin qarşısının alınması səyləri ənənəvi və yerli liderləri - din xadimlərini, gəncləri və qadınları önə çıxarmalıdır O, BMT Təhlükəsizlik Şurasının qadınlar, sülh və təhlükəsizlik haqqında 1325 (2000) saylı qətnaməsinə işarə edərək bildirib ki, qadınların bu proseslərdə mənalı iştirakı xüsusilə vacibdir Quterreş vurğulayıb ki, dövlətlər beynəlxalq hüquq çərçivəsində nifrətə təhriklərlə mübarizə aparmaq, habelə inklüzivliyi, müxtəlifliyə hörməti və həmrəyliyi təşviq etmək üçün aydın öhdəliklərə malikdir. Lakin nifrət nitqinin qarşısını almaq səyləri ifadə azadlığını söndürmək üçün istifadə edilməməlidir. “Eyni zamanda, ifadə azadlığı heç vaxt zərərli mesajlar üçün bəhanə olmamalıdır”, - deyə o əlavə edib O, BMT-nin nifrət ritorikası üzrə Strategiyası və Fəaliyyət Planını və informasiya bütövlüyü üzrə Qlobal Prinsipləri inkişaf etdirməyə davam etmək əzmində olduğunu ifadə edib. Quterreş bunu daha təhlükəsiz və etik rəqəmsal ekosistemə aparan yol xəritəsi adlandırıb. “Birlikdə bütün insanların layiq olduğu inklüziv, ədalətli və dinc cəmiyyətlər qura bilərik”, - deyə o bildirib Baş katib vurğulayıb ki, nifrət ritorikası tənzimlənməyən platformalar tərəfindən idarə olunan və süni intellektin gücləndirdiyi şəraitdə hər zaman olduğundan daha sürətlə yayılır Maskat Fəaliyyət Planı Oman Sultanlığı, BMT-nin Soyqırımın Qarşısının Alınması və Qoruma Məsuliyyəti Ofisi (UNOSAPG) və Dini və Ənənəvi Sülh Yaradanlar Şəbəkəsi tərəfindən idarə olunan çoxtərəfli prosesin nəticəsidir. Tədbir mədəniyyətlərarası və dinlərarası dialoq vasitəsilə dinc, inklüziv və ədalətli cəmiyyətləri təşviq edən BMT Sivilizasiyalar Alyansı (UNAOC) tərəfindən təşkil edilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

2026-cı ildə Atalar Günü hansı gündür? Atalar gününə neçə gün qalıb? Hansı tarixə düşür? Budur təfərrüatlar

Beypazarıda Doruk Maden fəhlələrinin etiraz aksiyasına qatılan mədənçi uşağı: Hər yay atamın haqqı uğrunda mübarizə aparmaqdan bezmişəm | T24
