"Bloomberg": Yaxın Şərqdəki müharibə səbəbindən qlobal neft ehtiyatları sürətlə tükənir
Yaxın Şərqdə davam edən münaqişə və Hörmüz boğazında gəmiçilik məhdudiyyətləri səbəbindən qlobal neft ehtiyatları sürətlə tükənir "Report" xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb Morgan Stanley investisiya bankının məlumatına görə, qlobal neft ehtiyatları 1 mart - 25 aprel tarixləri aras

Yaxın Şərqdə davam edən münaqişə və Hörmüz boğazında gəmiçilik məhdudiyyətləri səbəbindən qlobal neft ehtiyatları sürətlə tükənir "Report" xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb Morgan Stanley investisiya bankının məlumatına görə, qlobal neft ehtiyatları 1 mart - 25 aprel tarixləri arasında gündə təxminən 4,8 milyon barel azalır ki, bu da əvvəlki səviyyələrdən xeyli sürətlidir Eyni zamanda, digər bir investisiya bankı olan Goldman Sachs, ehtiyatların 2018-ci ildən bəri ən aşağı səviyyəyə yaxın olduğunu xəbərdar edib Qeyd olunur ki, sürətlə tükənən ehtiyatlar daha kəskin qiymət artımları və qıtlıq riskinin yüksəldiyini göstərir və dünya hökumətləri bunun nəticələrini effektiv şəkildə aradan qaldıra bilməyəcəklər Qlobal ehtiyatların kəskin şəkildə tükənməsi, münaqişə bitdikdən sonra belə, son dərəcə dəyişkən bazar şərtlərinə səbəb ola bilər Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


