Tenqri
Ana Səhifə
Dünya

“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir

“Avropa üçlüyü”nün (A3 - Böyük Britaniya, Almaniya və Fransa) liderləri gələn həftə Fransada baş tutacaq Yeddilik Qrupu (G7) sammitində ABŞ Prezidenti Donald Trampla bir sıra görüşlər keçirməyi planlaşdırırlar AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, “üçlüyün” məqsədi Rusiy

0 baxışazertag.az
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
Paylaş:

“Avropa üçlüyü”nün (A3 - Böyük Britaniya, Almaniya və Fransa) liderləri gələn həftə Fransada baş tutacaq Yeddilik Qrupu (G7) sammitində ABŞ Prezidenti Donald Trampla bir sıra görüşlər keçirməyi planlaşdırırlar AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, “üçlüyün” məqsədi Rusiya və Ukrayna arasında sülh danışıqlarının irəlilədilməsi planlarına Vaşinqtonun dəstəyini təmin etməkdir. Eyni zamanda, Berlin, London və Paris Ukrayna münaqişəsinin həlli üçün danışıqlar prosesinin formalaşmasında Avropanın rolunu gücləndirmək istəyirlər. Onlar təklif edirlər ki, Rusiya mövcud cəbhə xəttini saxlamaq, eləcə də Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətləri şərti ilə dərhal atəşkəsə razılaşsın A3 ölkələri liderlərinin fikrincə, ABŞ-nin rəhbərlik etdiyi Ukrayna danışıqları Vaşinqtonun diqqəti Tehranla münaqişəyə yönəltməsi səbəbindən dalana dirənib. Aİ və Böyük Britaniya nizamlamada rollarını gücləndirmək məqsədilə Rusiyaya qarşı əlavə sanksiyalar üzərində işləyir Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, avropalılar Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçilik etməyə hələ hazır deyillər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler