Bölgələrə gedən qatarlar bu dayanacaqdan da keçəcək
İyunun 6-dan etibarən Bakıdan bölgələrə və əks istiqamətdə hərəkət edən ölkədaxili sərnişin qatarları "Dərnəgül" dayanacağında da dayanacaq Modern.az-a Azərbaycan Dəmir Yollarından (ADY) verilən məlumata görə, sərnişinlər artıq sözügedən yeni dayanacaqdan istifadə etməklə bölgələrə səfər edə bilərl

İyunun 6-dan etibarən Bakıdan bölgələrə və əks istiqamətdə hərəkət edən ölkədaxili sərnişin qatarları "Dərnəgül" dayanacağında da dayanacaq Modern.az-a Azərbaycan Dəmir Yollarından (ADY) verilən məlumata görə, sərnişinlər artıq sözügedən yeni dayanacaqdan istifadə etməklə bölgələrə səfər edə bilərlər. Belə ki, Bakı–Qazax, Bakı–Ağstafa, Bakı–Balakən və Bakı–Qəbələ marşrutları üzrə hərəkət edən qatarlar sərnişinlərin minib-düşməsi üçün "Dərnəgül" dayanacağında da xidmət göstərir Xatırladaq ki, Abşeron dairəvi dəmir yolu xətti üzərində yerləşən "Dərnəgül" dayanacağı bu il mayın 8-də istifadəyə verilib


