Tenqri
Ana Səhifə
Dünya

Bizim ömür kitabımız... - Sabir Rüstəmxanlı - 80

Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı Səfirliyinin təşəbbüsü ilə Sarayevonun "Bookline" nəşriyyatı bu günlərdə 80 illik yubileyi qeyd olunan Xalq şairi Sabir Rüstəmxanlının "Ömür kitabı" əsərini nəşr edib. Səfir Vilayət Quliyev kitaba kiçik müqəddimə yazıb. Möhtərəm "525-ci qəzet"dən

0 baxış525.az
Bizim ömür kitabımız... - Sabir Rüstəmxanlı - 80
Paylaş:

Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı Səfirliyinin təşəbbüsü ilə Sarayevonun "Bookline" nəşriyyatı bu günlərdə 80 illik yubileyi qeyd olunan Xalq şairi Sabir Rüstəmxanlının "Ömür kitabı" əsərini nəşr edib. Səfir Vilayət Quliyev kitaba kiçik müqəddimə yazıb. Möhtərəm "525-ci qəzet"dən həmin yazını Səfirin və Səfirlik əməkdaşlarının səmimi yubiley təbriki kimi öz səhifələrinə verməsini xahiş edir, Sabir Rüstəmxanlıya bir daha möhkəm cansağlığı, uzun ömür, 60 ildən bəri sayıqlıqla dayandığı ədəbi-ictimai "postunda" xidmətini eyni şərəf və məhsuldarlıqla davam etdirməyi arzulayırıq Sabir Rüstəmxanlı (1946) müasir Azərbaycan ədəbiyyatının ölkəmizdə və xaricdə kifayət qədər yaxşı tanınan görkəmli nümayəndələrindən biridir. Son yarım əsr ərzində şair, yazıçı, publisist, ictimai və dövlət xadimi, siyasətçi kimi geniş fəaliyyət göstərib, dünya miqyasında Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təbliğatçısı, Azərbaycan maraqlarının müdafiəçisi kimi tanınıb. Ötən əsrin 1990-cı illərində geniş vüsət alan və suveren Azərbaycan dövlətinin qurulması ilə nəticələnən milli azadlıq mübarizəsində xüsusi yeri və rolu var. Həm də azadlıq və müstəqillik ideyaları onun yaradıcılığına sovet imperiyasının süqutu ərəfəsində daxil olmamışdı. Sabir Rüstəmxanlının da adı bu süqutun labüdlüyünü sezən, xalqını öz taleyinə sahib çıxmağa səsləyən qələm adamlarının sırasında çəkilə bilər. Hələ sovet sisteminin mövcud olduğu şəraitdə mübarizə ruhlu şeirləri, publisist məqalələri ilə soydaşlarını rejimin əsl mahiyyətindən xəbərdar etmiş və onları gələcək müstəqilliyə hazırlamağa çalışmışdı. Qəzet redaktoru və naşir, millət vəkili və nazir kimi praktiki mənada da bu mübarizəyə layiqli töhfəsini vermiş, daim xalqla bir yerdə olmuşdu. Bədii yaradıcılığı və ictimai-siyasi fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının arzu və məqsədlərinin ifadəçisinə, səsinə və sözünə çevrilməyi bacarmışdı Bütün bu xüsusiyyətlər onun ən populyar yaradıcılıq nümunələrində biri olan "Ömür kitabı" tarixi-publisist əsərində parlaq bədii-publisist təcəssümünü tapıb. Sabir Rüstəmxanlı onlarla şeir kitabının, bir neçə romanın, çoxsaylı ədəbi-tənqidi və publisist məqalələrin müəllifidir. Əksəriyyəti yüksək ədəbi meyarlara cavab verən bu əsərlər içərisində "Ömür kitabı" onun vizit kartına çevrilib. İndiyə qədər ölkəmizdə dəfələrlə nəşr olunan, bir sıra xarici dillərə tərcümə edilən əsər aradan keçən illər ərzində həm də on minlərlə azərbaycanlının masaüstü kitabı olub. Çünki onun səhifələrində vətən tarixi öz gerçək, prinsipial, ən başlıcası isə qədirşünaslıq və ürək yanğısı ilə dolu əksini tapıb. Azərbaycanın tarix boyu Cənubi Qafqaz və Yaxın Şərq regionunda tutduğu önəmli yer, oynadığı mühüm ictimai-siyasi və ədəbi-mədəni rol göstərilib. Azərbaycan xalqının tarix boyu üzləşdiyi çətinliklər, məruz qaldığı sınaqlar obyektiv şəkildə əks etdirilib. Tədqiqatçılardan birinin haqlı olaraq qeyd etdiyi kimi, "Biz insanların kitabın cazibəsinə necə düşməsinin nümunəsini Sabir Rüstəmxanlının "Ömür kitabı"nda gördük. Nə ona qədər, nə də ondan sonra belə bir nümunə olmamışdı. Bu, bir hadisə idi və yalnız ədəbi hadisə deyildi. Ondan daha böyük milli hadisə idi. "Qələmin müqəddəs vəzifəsi millətə xidmətdən ibarətdir", deyən M.Ə.Rəsulzadə sanki bu sözləri "Ömür kitabı" üçün yazmışdı". Tam əminliklə demək olar ki, bu kitab müstəqilliyə qədəm qoyduğumuz, milli dövlətçilik havası ilə nəfəs almağa başladığımız 1990-cı illərdə insanlarımızın özünü dərk prosesində və həyata, dünyaya baxışının formalaşmasında mühüm rol oynamışdır. Eyni maarifləndirici və ruhlandırıcı missiyasını bu gün də davam etdirir. Və inanıram ki, soydaşlarımız arasında vətəninə, torpağına, tarixinə, türk mənliyinə və şəxsiyyətinə təşnəlik hissi durduqca bu kitab da sonsuza qədər davam edən ömür yolunu yaşayacaq. Heç şübhəsiz, "Ömür kitabı" ədəbiyyatın necə böyük qüvvə olduğunu, hissləri və şüurları necə öz təsiri altına aldığını, hətta insanlara istiqamət verdiyini göstərən örnəklərdən biridir Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı Səfirliyi məhz bu keyfiyyətlərini nəzərə alaraq əsəri ədəbiyyatımızın diqqətəlayiq nümunəsi kimi daha geniş arealda yayılması üçün nəşr etməyi məqsədəuyğun saymışdır

Kaynak: 525.az

Diğer Haberler