“Bitcoin”in qiyməti Yaxın Şərqdəki münaqişədən bəri ən aşağı səviyyəyə enib
“Bitcoin”in qiyməti Yaxın Şərqdəki münaqişənin başlanğıcından bəri ən aşağı səviyyəyə enib AZƏRTAC xəbər verir ki, hazırda dünyanın əsas kriptovalyutasının qiyməti 63 min dollar civarındadır. Bu, “Bitcoin”in fevralın 6-dan bəri ən aşağı səviyyəsidir. Son həftə ərzində isə kriptovalyuta təxminən 16

“Bitcoin”in qiyməti Yaxın Şərqdəki münaqişənin başlanğıcından bəri ən aşağı səviyyəyə enib AZƏRTAC xəbər verir ki, hazırda dünyanın əsas kriptovalyutasının qiyməti 63 min dollar civarındadır. Bu, “Bitcoin”in fevralın 6-dan bəri ən aşağı səviyyəsidir. Son həftə ərzində isə kriptovalyuta təxminən 16 faiz dəyər itirib Ekspertlərin fikrincə, münaqişə fonunda qlobal bazarlarda risk iştahasının azalması “Bitcoin”in qiymətinə aşağı istiqamətli təzyiq göstərir Bundan başqa, amerikalı milyarder Maykl Seylorun “Strategy” şirkətinin təxminən 2,5 milyard dollar dəyərindəki “Bitcoin”in bir hissəsini satmaq qərarı bazarda mənfi qarşılanıb və bu, qiymətə təzyiqi daha da artıb Qeyd edək ki, “Strategy” son illərdə “Bitcoin”i satın alaraq kriptovalyuta bazarında ən böyük institusional investorlardan birinə çevrilib Xatırladaq ki, “Bitcoin”in qiyməti 2025-ci il ərzində 6 faizdən çox ucuzlaşıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


