"Bitcoin"in qiyməti 61 min dollardan aşağı enib
Son sutkada kriptovalyuta bazarında əsas aktivlər üzrə eniş davam edib “APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti son 24 saatda 3,56% azalaraq 60 833 ABŞ dollarına düşüb. Dünyanın ən böyük kriptovalyutasının qiyməti son bir həftədə isə 17,21% azalıb Bazarın

Son sutkada kriptovalyuta bazarında əsas aktivlər üzrə eniş davam edib “APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti son 24 saatda 3,56% azalaraq 60 833 ABŞ dollarına düşüb. Dünyanın ən böyük kriptovalyutasının qiyməti son bir həftədə isə 17,21% azalıb Bazarın ikinci ən böyük kriptovalyutası olan “Ethereum”un qiyməti son sutkada 8,97% azalaraq 1 556 dollara enib. Son yeddi gündə aktivin qiyməti 22,67% geriləyib Digər əsas kriptovalyutalarda da mənfi dinamika müşahidə olunub. BNB-nin qiyməti 3,82% azalaraq 571 dollara, XRP-nin qiyməti 4,97% enərək 1,07 dollara, “Solana”nın qiyməti isə 7,81% azalaraq 62 dollara düşüb. “TRON” da ucuzlaşıb – aktiv son 24 saatda 2,55% azalaraq 0,319 dollara geriləyib “CoinMarketCap” 20 İndeksi (CMC20) də son 24 saatda 4,67% azalaraq 121,66 bənd olub. Son yeddi gündə isə göstərici 18,07% geriləyib


