Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır
Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər təkcə enerji, hərbi sahə və diplomatiya ilə məhdudlaşmır. Son illərdə, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində çoxtərəfli əlaqələrin sürətlə inkişaf etdiyini görürük. Bu inteqrasiya prosesinin ən mühüm hərəkətverici gücü isə Ankara və Bakı

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər təkcə enerji, hərbi sahə və diplomatiya ilə məhdudlaşmır. Son illərdə, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində çoxtərəfli əlaqələrin sürətlə inkişaf etdiyini görürük. Bu inteqrasiya prosesinin ən mühüm hərəkətverici gücü isə Ankara və Bakı arasındakı sarsılmaz strateji müttəfiqlikdir Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün söyləyib Diplomatın sözlərinə görə, son dövrlərdə ikitərəfli əlaqələr mədəniyyət və incəsənət sahəsində də yeni mərhələyə qədəm qoyub. Bu istiqamətdə həm TDT, həm də Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən mühüm layihələr həyata keçirilir Türkiyə ilə Azərbaycanın mədəni və mənəvi dəyərlər baxımından da bir-birinə çox yaxın olduğunu vurğulayan səfir deyib: “Rəssamlıqdan musiqiyə, teatrdan poeziyaya qədər ortaq köklərə söykənən zəngin dəyərlərimiz və sənət incilərimiz var” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

