Birinci rübdə Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyanın həcmi açıqlanıb
2026-cı ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına 1 milyard 220 milyon dollar həcmində birbaşa xarici investisiya yatırılıb AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin I rübünün yekunlarına dair tədiyə balansın

2026-cı ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına 1 milyard 220 milyon dollar həcmində birbaşa xarici investisiya yatırılıb AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin I rübünün yekunlarına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib Onun sözlərinə görə, ölkəyə daxil olan birbaşa xarici investisiyalarda Böyük Britaniya, Türkiyə, Kipr Respublikası, Rusiya və İran əsas paya malik olub Samir Nəsirov bildirib ki, hesabat dövründə ölkəyə yatırılmış 1 milyard 220 milyon dollarlıq birbaşa xarici investisiyalar fonunda 1 milyard 650 milyon dollarlıq birbaşa xarici investisiyaların repatriasiyası həyata keçirilib “Bu proses əsasən neft-qaz sektoru ilə bağlı olub. Repatriasiya daha çox neft və təbii qazın hasilatı sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən həyata keçirilib”, – deyə o vurğulayıb Departament direktorunun sözlərinə görə, tədiyə balansının kapital və maliyyə hərəkəti hesabının formalaşmasına təsir göstərən əsas amillərdən biri də məhz birbaşa xarici investisiyalar üzrə qeydə alınan göstəricilər olub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


