Birbank yeni imkan təqdim edir: 73 yaşa qədər pensiyaçılar kredit üçün müraciət edə bilərlər
Pensiyasını Birbank vasitəsilə alan müştərilərə şad xəbər. Ölkənin ilk rəqəmsal bankı pensiyaçılar üçün maliyyə xidmətlərinə çıxış imkanlarını daha da genişləndirdi. Yeni təşəbbüsə əsasən, kredit almaq üçün maksimum yaş həddi 70-dən 73-ə qaldırılıb Nəticədə 73 yaşa qədər pensiyaçılar da Birbankın

Pensiyasını Birbank vasitəsilə alan müştərilərə şad xəbər. Ölkənin ilk rəqəmsal bankı pensiyaçılar üçün maliyyə xidmətlərinə çıxış imkanlarını daha da genişləndirdi. Yeni təşəbbüsə əsasən, kredit almaq üçün maksimum yaş həddi 70-dən 73-ə qaldırılıb Nəticədə 73 yaşa qədər pensiyaçılar da Birbankın nağd kredit məhsulundan yararlana bilərlər. Müştərilərinin müxtəlif ehtiyaclarını ödəmək üçün məhsul və xidmətlərini davamlı olaraq təkmilləşdirməklə, Birbank daha geniş yaş qrupu üçün çevik və əlçatan maliyyə həlləri təqdim etməyi hədəfləyir Yeni şərtlərə əsasən, pensiyaçılar 50 000 AZN-ə qədər nağd pul krediti üçün müraciət edə bilərlər. Kredit ərizələri Kapital Bank/Birbank filiallarında, eləcə də bankın rəqəmsal mərkəzlərində baxıla bilər Nağd pul krediti məhsulu haqqında ətraflı məlumat üçün www.b-b.az/8EkFLv ünvanına daxil olun Kapital Bank-ın ticarət nişanı və ən son rəqəmsal innovasiyaların və bank məhsullarının provayderi olan Birbank müştərilərinə 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, həmçinin 114 filial və 52 xidmət ofisindən ibarət Azərbaycanın ən böyük filial şəbəkəsi vasitəsilə xidmət göstərir. Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumat almaq üçün birbank.az saytına daxil olaraq 196 Məlumat Mərkəzinə zəng edə və ya bankın müxtəlif sosial media səhifələri vasitəsilə əlaqə saxlaya bilərsiniz


