Birbank-dan yenilik: 73 yaşa qədər pensiyaçılar kredit ala biləcəklər
Pensiyasını Birbank vasitəsilə alan müştərilərə şad xəbər. Ölkənin ilk rəqəmsal bankı pensiyaçılar üçün maliyyə xidmətlərinin əlçatanlığını genişləndirdi. Yeniliyə əsasən, kredit almaq üçün maksimum yaş həddi 70-dən 73-ə qaldırılıb İndi 73 yaşa qədər pensiyaçılar da nağd pul kreditindən yararlana

Pensiyasını Birbank vasitəsilə alan müştərilərə şad xəbər. Ölkənin ilk rəqəmsal bankı pensiyaçılar üçün maliyyə xidmətlərinin əlçatanlığını genişləndirdi. Yeniliyə əsasən, kredit almaq üçün maksimum yaş həddi 70-dən 73-ə qaldırılıb İndi 73 yaşa qədər pensiyaçılar da nağd pul kreditindən yararlana biləcəklər. Müxtəlif müştəri ehtiyaclarını ödəmək üçün məhsul və xidmətlərini daim təkmilləşdirərək, Birbank daha geniş auditoriyaya çevik və sərfəli maliyyə həlləri təqdim etməyə çalışır Yeni şərtlərə əsasən, pensiyaçılar 50 min manatadək nağd pul krediti üçün müraciət edə bilərlər. Kredit üçün Kapital Bank/Birbank filiallarına, həmçinin bankın rəqəmsal mərkəzlərinə müraciət edə bilərsiniz Nağd pul krediti haqqında ətraflı məlumatı www.b-b.az/8EkFLv internet saytından əldə etmək olar Kapital Bankın brendi olan və daima ən son rəqəmsal həllər və bank məhsullarını təklif edən Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, eləcə də Azərbaycanın ən böyük 114 filial və 52 filial şəbəkəsi vasitəsilə müştərilərinə xidmət göstərir. Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumat almaq üçün birbank.az saytına daxil ola, 196 yardım mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərsiniz


