Bir sıra xəbər saytlarında pozuntular aşkarlanıb
Xəbər saytlarında insan hüquqlarının qorunması ilə bağlı yanaşmada son illər müsbət irəliləyiş müşahidə olunsa da, bəzi media resurslarında hələ də müəyyən pozuntu halları qeydə alınır Modern.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Media və insan hüquqla
Xəbər saytlarında insan hüquqlarının qorunması ilə bağlı yanaşmada son illər müsbət irəliləyiş müşahidə olunsa da, bəzi media resurslarında hələ də müəyyən pozuntu halları qeydə alınır Modern.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Media və insan hüquqları” mövzusunda məlumatlandırma sessiyasında Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə bildirib O qeyd edib ki, 2024-cü ildən etibarən 20 xəbər saytında insan hüquqları ilə bağlı monitorinqlər həyata keçirilib “17 min məqaləni əhatə edən monitorinq zamanı insan hüquqları ilə bağlı müxtəlif pozuntu halları aşkarlanıb. Bununla yanaşı, aparılan maarifləndirmə işləri nəticəsində vəziyyətin yaxşılaşdığı müşahidə olunur. Son hesabatda yalnız 4-5 xəbər saytında müəyyən nöqsanların qaldığı, əksər media resurslarının isə bu sahədəki tələblərə əməl etdiyi müəyyən edilib” M.Quluzadə onu da əlavə edib ki, qanunvericilikdə aparılan dəyişikliklər fonunda media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür. Onun sözlərinə görə, əhalinin maarifləndirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi vacibdir
Diğer Haberler

2026-cı ildə Atalar Günü hansı gündür? Atalar gününə neçə gün qalıb? Hansı tarixə düşür? Budur təfərrüatlar

Beypazarıda Doruk Maden fəhlələrinin etiraz aksiyasına qatılan mədənçi uşağı: Hər yay atamın haqqı uğrunda mübarizə aparmaqdan bezmişəm | T24
