Tenqri
Ana Səhifə
Dünya

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

Amerikalı biotexnoloqlar insanın canlı qaraciyər hüceyrələrinin qocalma prosesini geri çevirməyə nail olduqlarını bildiriblər. Söhbət siçan və ya sintetik hüceyrələrdən deyil, məhz insan hüceyrələrindən gedir. Bu nəticədən sonra şirkət 435 milyon dollar investisiya cəlb edib və klinik sınaqlara hazı

0 baxışazertag.az
Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar
Paylaş:

Amerikalı biotexnoloqlar insanın canlı qaraciyər hüceyrələrinin qocalma prosesini geri çevirməyə nail olduqlarını bildiriblər. Söhbət siçan və ya sintetik hüceyrələrdən deyil, məhz insan hüceyrələrindən gedir. Bu nəticədən sonra şirkət 435 milyon dollar investisiya cəlb edib və klinik sınaqlara hazırlaşır AZƏRTAC xəbər verir ki, “NewLimit” startapının hazırladığı texnologiya epigenetik yenidən proqramlaşdırma metoduna əsaslanır. Orqanizmdəki bütün hüceyrələr eyni gen dəstinə malik olsa da, onların fəaliyyəti fərqlidir. Məsələn, dəri hüceyrələri bir funksiyanı yerinə yetirir, beyin neyronları isə tamamilə başqa vəzifələr daşıyır. Bu prosesi epigenetika tənzimləyir. DNT üzərində yerləşən xüsusi kimyəvi nişanlar sistemi həmin anda hansı genlərin fəaliyyət göstərməli olduğunu müəyyənləşdirir, lakin genetik kodun özünü dəyişmir Yaş artdıqca bu sistemdə pozuntular yaranır, markerlər qarışır və genlər düzgün işləməməyə başlayır. Nəticədə hüceyrələr bərpa olunmaq qabiliyyətini tədricən itirir və zəifləyir. Orqanların qocalmasının əsas səbəblərindən biri də budur Alimlərin ideyası bu mexanizmi yenidən gənc dövrə xas vəziyyətə qaytarmaqdan ibarət olub. Əvvəllər buna bənzər nəticələr əsasən gəmiricilər üzərində əldə edilirdi. “NewLimit” mütəxəssisləri isə bunu insanın yaşlı qaraciyər hüceyrələrində təkrarlamağa nail olublar. Prosedurdan sonra hüceyrələr əsas funksiyalarını tam bərpa edib, yenidən yağları səmərəli şəkildə parçalamağa və toksinləri zərərsizləşdirməyə başlayıblar Ən uyğun həll yolunu tapmaq üçün tədqiqatçılar genetik analizi, maşın öyrənməsi texnologiyalarını və müxtəlif variantların genişmiqyaslı sınaqlarını bir araya gətiriblər. Nəticədə genlərin fəaliyyətini idarə edən xüsusi zülallar – transkripsiya faktorlarının üç kombinasiyası müəyyən edilib. Məhz bu kombinasiyalar yaşlı qaraciyər hüceyrələrini gənc hüceyrələrə xas vəziyyətə qaytarır Bu zülalların orqanizmə mRNT terapiyası vasitəsilə çatdırılması planlaşdırıllır. Bu texnologiya hüceyrələrə lazım olan zülalların hazırlanması üçün müvəqqəti “təlimat” ötürür. mRNT molekulları lipid nanohissəciklər adlanan kiçik yağ qabarcıqlarına yerləşdirilir. Koronavirusa qarşı bəzi tanınmış vaksinlərin hazırlanmasında da eyni texnoloji platformadan istifadə olunub Şirkətin əldə etdiyi laborator nəticələr hələlik hər hansı nüfuzlu elmi jurnalda dərc edilməyib. Startap məlumatları yalnız rəsmi bloqunda və korporativ press-relizində açıqlayıb. Böyük həcmli investisiyaların cəlb edilməsi məqsədilə bu üsuldan tez-tez istifadə olunur. Elmi ictimaiyyət həmin nəticələri hələ müstəqil şəkildə təsdiqləməyib. Metodun canlı insan orqanizmində nə dərəcədə effektiv olduğunu yalnız gələcək klinik sınaqlar göstərəcək Sınaqlar uğurla başa çatarsa, layihə müəllifləri metodun tətbiq dairəsini genişləndirməyi planlaşdırırlar. Testlərin ilk mərhələsi qaraciyər steatozunun müalicəsinə, ikinci mərhələsi isə alkoqolun yaratdığı zədələrin aradan qaldırılmasına həsr olunacaq. Gələcəkdə şirkət eyni yanaşmanı qan damarlarının və immun sisteminin hüceyrələrinin cavanlaşdırılması üçün də tətbiq etməyi nəzərdə tutur 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler