BIoomberq: Almaniya büdcəsində 52 milyard avroluq vergi boşluğu yaranıb
ABŞ və İran arasındakı müharibənin yaratdığı böhran səbəbindən Almaniya büdcəsində vergi boşluğu yaranıb Bu barədə “Bioomberg” məlumat yayıb Analitiklərin fikrincə, Yaxın Şərqdəki münaqişə səbəbindən Almaniyada vergi gəlirləri xeyli azalacaq. 2030-cu ilə qədər onlar əvvəllər proqnozlaşdırılan səv

ABŞ və İran arasındakı müharibənin yaratdığı böhran səbəbindən Almaniya büdcəsində vergi boşluğu yaranıb Bu barədə “Bioomberg” məlumat yayıb Analitiklərin fikrincə, Yaxın Şərqdəki münaqişə səbəbindən Almaniyada vergi gəlirləri xeyli azalacaq. 2030-cu ilə qədər onlar əvvəllər proqnozlaşdırılan səviyyələrdən 50 milyard avrodan çox azalacaq. 2026-cı ildə federal gəlirlər, Maliyyə Nazirliyinin məlumatına görə, 382,1 milyard təşkil edəcək - əvvəlki gözləntilərdən demək olar ki, 10 milyard az. Ümumilikdə, növbəti dörd il ərzində itkilər 52,3 milyard avroya çata bilər "Bugünkü vergi gəlirləri proqnozu İrandakı müharibənin iqtisadiyyatımıza nə qədər ağır zərbə vurduğunu göstərir. "Trampın ehtiyatsız müharibəsi və bunun nəticəsində enerji qiymətlərindəki qlobal artım hazırda iqtisadiyyatdakı müsbət dinamikanı ləngidir," deyə maliyyə naziri Lars Klinqbeyl bildirib Zəif iqtisadi göstəricilər kansler Fridrix Merz hökumətinə büdcə təzyiqini artırır. Təxminən 30 milyardlıq gözlənilən kəsir məmurları iqtisadi artımı stimullaşdırmağa, sosial təminat sistemində genişmiqyaslı islahatlar aparmağa və vəsait çatışmazlığını azaltmağa məcbur edəcək, materialda qeyd olunur


