Tenqri
Ana Səhifə
Dünya

“BioNTech” şirkəti bir sıra istehsal obyektlərini bağlayır

Almaniyanın “BioNTech” şirkəti ölkədəki fəaliyyətini optimallaşdırmaq məqsədilə bir sıra istehsal obyektlərini bağlayacağını açıqlayıb AZƏRTAC “Spiegel”ə istinadla xəbər verir ki, qərara əsasən, Marburq və İdar-Oberştayn şəhərlərində yerləşən zavodlar fəaliyyətini dayandıracaq. Bununla da, Almaniya

0 baxışazertag.az
“BioNTech” şirkəti bir sıra istehsal obyektlərini bağlayır
Paylaş:

Almaniyanın “BioNTech” şirkəti ölkədəki fəaliyyətini optimallaşdırmaq məqsədilə bir sıra istehsal obyektlərini bağlayacağını açıqlayıb AZƏRTAC “Spiegel”ə istinadla xəbər verir ki, qərara əsasən, Marburq və İdar-Oberştayn şəhərlərində yerləşən zavodlar fəaliyyətini dayandıracaq. Bununla da, Almaniyada koronavirus vaksinlərinin istehsalı tamamilə dayandırılacaq. Şirkətin pandemiya dövründə geniş tanınmasına səbəb olan bu istehsal xətti artıq Amerika Birləşmiş Ştatlarının tərəfdaşı olan “Pfizer” şirkətinə ötürüləcək. İlin sonunadək Almaniyada son vaksin partiyalarının istehsalı başa çatdırılacaq. Yenidənqurma çərçivəsində Sinqapurdakı müəssisə və əvvəllər alınmış “CureVac” şirkətinə aid obyektlər də bağlanacaq. Gələcəkdə ölkədə yalnız Maynts şəhərindəki baş qərargah, eləcə də Berlin və Münxendə ofis funksiyalı mərkəzlər saxlanılacaq Planlaşdırılan dəyişikliklər 2027-ci ilin sonunadək tamamlanacaq və bu, ümumilikdə 1860-dək iş yerinin ixtisarı ilə nəticələnə bilər. Şirkət bildirir ki, satış variantları nəzərdən keçirilərək sosial təsirlərin minimuma endirilməsi hədəflənir “BioNTech” bu addımı pandemiyadan sonra vaksinlərə tələbatın azalması fonunda atır. Şirkət əldə ediləcək vəsaitləri xərçəng və digər xəstəliklərə qarşı innovativ dərmanların hazırlanmasına yönəltməyi planlaşdırır və 2030-cu ilədək onkologiya sahəsində aparıcı mövqeyə yüksəlməyi qarşıya məqsəd qoyur 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler