Bilik yarışında Qarabağ regionu üzrə yeddi rayon və şəhərdən olan komandalar mübarizə aparıb
Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş məktəblilərarası intellektual bilik yarışı keçirilib. Bilik yarışında Qarabağ regional təhsil idarəsi üzrə yeddi rayon və şəhərdən olan komandalar iştirak edib AZƏRT

Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş məktəblilərarası intellektual bilik yarışı keçirilib. Bilik yarışında Qarabağ regional təhsil idarəsi üzrə yeddi rayon və şəhərdən olan komandalar iştirak edib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışdan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Qarabağ regional təhsil idarəsinin müdiri Sənan Mənsimli belə tədbirlərin şagirdlərin bilik və bacarıqlarının inkişafında mühüm rol oynadığını vurğulayıb, iştirakçılara uğurlar arzulayıb Yarışda sualların müxtəlif istiqamətdə olması iştirakçıların təkcə biliyini deyil, məntiqi təfəkkürünü və yaradıcı yanaşma bacarıqlarını üzə çıxarıb. Gərgin intellektual mübarizə şəraitində keçən yarışda birinci yerə layiq görülən Ağcabədi rayonu üzrə komanda kubok və diplomla təltif olunub. İkinci və üçüncü yeri tutan Xankəndi şəhəri və Ağdam rayonu üzrə komandalar diplomlarla mükafatlandırılıb Qeyd edək ki, intellektual bilik yarışının keçirilməsində əsas məqsəd, ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, müxtəlif rayonlardan olan şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə, öyrənməyə təşviq etməkdən ibarətdir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


