Tenqri
Ana Səhifə
Siyasət

BIG Amritsar hadisələrinin ildönümü ilə bağlı video yayımlayıb - VİDEO

Day.Az xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun sosial şəbəkələrində 1984-cü ildə Amritsar hadisələrinin ildönümü ilə bağlı video yayımlanıb Xatırladaq ki, iyunun 3-də Bakı Dövlət Universitetində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “1984-cü ilin iyunu, Amritsar hadisələri: soyqırım kontekstind

0 baxışday.az
BIG Amritsar hadisələrinin ildönümü ilə bağlı video yayımlayıb - VİDEO
Paylaş:

Day.Az xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun sosial şəbəkələrində 1984-cü ildə Amritsar hadisələrinin ildönümü ilə bağlı video yayımlanıb Xatırladaq ki, iyunun 3-də Bakı Dövlət Universitetində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “1984-cü ilin iyunu, Amritsar hadisələri: soyqırım kontekstində Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları” mövzusunda beynəlxalq konfrans keçirilib Azərbaycanda ilk dəfə keçirilən tədbirdə Hindistan hökumətinin repressiv və sistemli ayrı-seçkilik siyasətindən əziyyət çəkən Dalit icmasının nümayəndələri iştirak ediblər Tədbirdə Hindistan hökumətinin etnik və dini azlıqlara, xüsusilə sikx və dalit diasporlarının nümayəndələrinə və onların ailə üzvlərinə qarşı həyata keçirdiyi iddia edilən transmilli repressiya və sistematik təqib siyasətinin beynəlxalq təşkilatların gündəmində saxlanması müzakirə edilib Konfransda həmçinin 1984-cü ilin iyununda Amritsarda baş vermiş hadisələr zamanı sikx icmasına və onun dini və mədəni dəyərlərinə qarşı hücumlar, zorakılıq aktları və insan tələfatı ilə bağlı məsələlər, habelə bu hadisələrə beynəlxalq hüquqi qiymət verilməsi və Hindistanın etnik azlıqların hüquqları sahəsində beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi məsələləri müzakirə edilib Qeyd edək ki, 1984-cü il iyunun əvvəlində Hindistan hökuməti sikx icmasının müqəddəs dini yerlərindən biri hesab edilən Amritsarda Harmandir Sahib (Qızıl məbəd) kompleksinə qarşı silahlı əməliyyat keçirib. Beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatlarına, müstəqil mənbələrə və şahid ifadələrinə görə, bu hadisələr nəticəsində Amritsar və ətrafında 8000-ə qədər mülki şəxs həlak olub https://www.instagram.com/p/DZMYhHgte49/ https://www.youtube.com/watch?v=S6KxQC-zHQo https://www.facebook.com/share/v/1AqSjpPGZi/ https://www.tiktok.com/@bakuinitiativegroup/video/ https://x.com/bakuinitiative/status/ https://www.linkedin.com/feed/update/urn:li:activity: Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler