Böhrandan sabitliyə: 15 iyunun tarixi rolu
Azərbaycanın müasir tarixində dönüş nöqtələrindən biri hesab edilən 15 İyun - Milli Qurtuluş Günü ölkənin siyasi taleyində mühüm mərhələ kimi qiymətləndirilir. 1990-cı illərin əvvəllərində dərin siyasi böhran, iqtisadi tənəzzül və hərbi qarşıdurmalar fonunda baş verən hadisələr Azərbaycanın dövlətçi

Azərbaycanın müasir tarixində dönüş nöqtələrindən biri hesab edilən 15 İyun - Milli Qurtuluş Günü ölkənin siyasi taleyində mühüm mərhələ kimi qiymətləndirilir. 1990-cı illərin əvvəllərində dərin siyasi böhran, iqtisadi tənəzzül və hərbi qarşıdurmalar fonunda baş verən hadisələr Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu Məhz bu günlə bağlı Publika.az-a açıqlama verən politoloq Turab Rzayevin sözlərinə görə, bu hadisənin tarixi əhəmiyyətini qiymətləndirmək üçün həmin dövrün siyasi, iqtisadi və sosial vəziyyətinə nəzər salmaq vacibdir: "Məhz həmin dövrdə ölkədə mərkəzdənqaçma meyilləri güclənmiş, dövlət idarəçiliyi zəifləmişdi. Milli valyuta sürətlə dəyər itirir, yüksək inflyasiya iqtisadi vəziyyəti daha da ağırlaşdırırdı. Keçmiş sovet məkanının iqtisadi əlaqələrinin dağılması nəticəsində ölkə iqtisadiyyatı ciddi çətinliklərlə üzləşmiş, ərzaq və əsas istehlak məhsullarının qıtlığı yaranmışdı” Siyasi qeyri-sabitlik və müharibə şəraiti Politoloqun sözlərinə görə, sözügedən illərdə daxili siyasi vəziyyət də son dərəcə mürəkkəb olub: “Müxtəlif siyasi qüvvələr arasında hakimiyyət uğrunda mübarizə gedir, bəzi qruplar öz silahlı dəstələrinə malik idi. Regionlarda mərkəzi hakimiyyətdən uzaqlaşma meyillərinin artması isə dövlətin bütövlüyü üçün əlavə təhlükə yaradırdı Bütün bunlar Qarabağ müharibəsinin davam etdiyi bir şəraitdə baş verirdi. Ermənistanla silahlı qarşıdurma və cəbhədəki itkilər ölkənin üzləşdiyi problemləri daha da dərinləşdirirdi. Müharibə şəraitində daxili siyasi parçalanmanın güclənməsi Azərbaycanın gələcəyini ciddi təhlükə altına qoyurdu” Dövlətçiliyin qorunması istiqamətində dönüş nöqtəsi Turab Rzayev vurğuladı ki, belə bir dövrdə Ümumilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə siyasi sabitliyin bərpası istiqamətində mühüm mərhələ olub: “Mərkəzdənqaçma meyillərinin qarşısının alınması, hakimiyyət institutlarının gücləndirilməsi və daxili siyasi qarşıdurmaların zəiflədilməsi dövlət idarəçiliyinin möhkəmlənməsinə şərait yaratdı. Eyni zamanda, cəbhədə atəşkəsin əldə olunması ölkədə nisbi sabitliyin formalaşmasına imkan verdi Bu dövrün ən mühüm nəticələrindən biri Azərbaycanın dövlət kimi parçalanması və ya çökməsi riskinin aradan qaldırılması oldu. Dövlət institutlarının qorunması və mərkəzi hakimiyyətin möhkəmləndirilməsi ölkənin gələcək inkişafı üçün əsas yaratdı” Azərbaycanın strateji inkişaf kursu Politoloq son olaraq qeyd etdi ki, Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə Azərbaycanın uzunmüddətli strateji inkişaf istiqaməti də müəyyənləşdirildi: “Bu siyasət Qərblə əməkdaşlığın genişləndirilməsi və beynəlxalq iqtisadi layihələrə inteqrasiyanı nəzərdə tuturdu. Həmin dövrdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk kimi enerji layihələrinin əsası qoyuldu. Sonrakı illərdə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi regional əhəmiyyətli layihələr reallaşdırıldı Nəticə etibarilə, həmin dövr Azərbaycan tarixində həm dövlətçiliyin qorunması, həm də ölkənin gələcək strateji inkişaf kursunun müəyyənləşdirilməsi baxımından həlledici mərhələlərdən biri oldu” Müəllif: Roza Şəfiyeva Əli Əsədov Heydər Əliyevin məzarını ziyarət etdi Ərdoğan Azərbaycanı təbrik etdi XİN: Maldivlə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiqik “Ulu Öndərin hakimiyyətə qayıdışı ölkəmizin taleyində dönüş anı oldu” - Qafarov XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışladı Heydər Əliyevin nadir görüntüləri - VİDEO Ərdoğan Azərbaycanı təbrik etdi Həyati önəm kəsb edən mərhələ başladı: 4 bürc üçün xəbərdarlıq XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışladı Ərdoğandan ABŞ-İran razılaşmasına reaksiya: Onlara xəbərdarlıq etdi Bugünkü uğurların başlanğıc nöqtəsi - Azərbaycan fəlakətdən belə xilas olub Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür Heydər Əliyev dövlət müstəqilliyinin möhkəmləndirilməsi üçün təməl qoydu - XİN Fyuri dünyanın ən güclü adamanı məğlub etdi - VİDEO


