Beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş baş tutub
Bu gün gənclər və idman naziri Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş keçirib Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınc

Bu gün gənclər və idman naziri Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş keçirib Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca “Azərbaycan Respublikasının idman ustası” adına layiq görülən idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib Daha sonra nazir Fərid Qayıbov idmançıların beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirərək onları və məşqçilərini təbrik edib. Nazir bildirib ki, mart ayı ərzində Azərbaycan Respublikasının Dövlət Himni 13 ölkədə səsləndirilib, idmançılarımız isə ümumilikdə 82 qızıl, 56 gümüş və 70 bürünc medal qazanıblar Tədbir zamanı beynəlxalq yarışlarda əldə olunan nəticələri əks etdirən videoçarx nümayiş etdirilib. Bir sıra idman növləri üzrə nümayəndələr isə iştirak etdikləri yarışlar və əldə etdikləri nailiyyətlər barədə məlumat veriblər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Flash Mauro Icardi Amedspor üçün iddia! - Kıbrıs Qəzeti - Kıbrıs Xəbərləri, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Taşkınköy İdman Klubu astroturf sahəsi göz qamaşdırır; Əla mühit, mükəmməl zəmin - Kıbrıs Qəzeti - Kıbrıs Xəbərləri, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri
