Tenqri
Ana Səhifə
Dünya

Beynəlxalq Xalça Festivalı çərçivəsində İçərişəhərdə Aida Mahmudovanın sərgisi açılıb

Beynəlxalq Xalça Festivalı çərçivəsində İçərişəhərdə “Azərxalça” Xalça Qalereyasında Azərbaycan rəssamı Aida Mahmudovanın sərgisi açılıb AZƏRTAC xəbər verir ki, ekspozisiya rəssamın ənənəvi xalçaçılıq irsinə müasir baxışını əks etdirərək, material, forma və məkan anlayışlarını yenidən düşünməyə imk

0 baxışazertag.az
Beynəlxalq Xalça Festivalı çərçivəsində İçərişəhərdə Aida Mahmudovanın sərgisi açılıb
Paylaş:

Beynəlxalq Xalça Festivalı çərçivəsində İçərişəhərdə “Azərxalça” Xalça Qalereyasında Azərbaycan rəssamı Aida Mahmudovanın sərgisi açılıb AZƏRTAC xəbər verir ki, ekspozisiya rəssamın ənənəvi xalçaçılıq irsinə müasir baxışını əks etdirərək, material, forma və məkan anlayışlarını yenidən düşünməyə imkan yaradır Sərginin əsas hissəsini “Elysium” silsiləsinə (2024–2025) aid xalçalar təşkil edib. Bu əsərlər Bakının Nardaran qəsəbəsi, eləcə də Şəmkir və Quba bölgələrində fəaliyyət göstərən qadın toxucularla birgə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib Hər biri 150 x 200 sm ölçüdə olan üç xalça həm texniki ustalıq, həm də bədii yanaşma baxımından seçilir. Azərbaycan xalçaçılıq ənənəsinə xas olan kompozisiya prinsipləri – ornamentlərin ritmik düzümü, mərkəzi sahə ilə haşiyə arasındakı balans və həndəsi motivlərin dəqiqliyi bu əsərlərdə də qorunur. Bununla yanaşı, rəssam səthin ifadə imkanlarını ön plana çıxararaq, klassik təsvir dərinliyindən imtina edir və müstəvi üzərində qurulan vizual dilə üstünlük verir. Aida Mahmudova material üzərində apardığı eksperimentlər vasitəsilə xalçanı ənənəvi funksiyasından uzaqlaşdıraraq onu məkanla təmas quran, hiss edilən və düşünülən bədii obyektə çevirir. Tekstura ilə işləmə, laylı quruluş və səthin plastikasına diqqət rəssamın yaradıcılığının əsas istiqamətlərindəndir Sərgidə, həmçinin Aida Mahmudovanın eyniadlı rəngkarlıq silsiləsindən olan “Mənzərə” (2015) tablosu da yer alıb. Bu əsərdə səth sıx boya qatları və müxtəlif material müdaxilələri ilə formalaşır, abstrakt və peyzaj elementləri arasında keçid yaradır. Kompozisiya sabit baxış bucağı təqdim etmədən, izləyicini əsərlə daha dərin və diqqətli təmasa dəvət edir. Bu təqdimat rəssamın yaradıcılığında ənənə ilə müasirliyin necə üzvi şəkildə birləşdiyini göstərir və Azərbaycan xalça sənətinin çağdaş incəsənət kontekstində yeni ifadə imkanlarını önə çıxarır Ekspozisiya mayın 3-də rəssam Aida Mahmudovanın sənətsevərlərlə görüşü ilə yekunlaşıb. Müzakirəyə moderatorluğu sənətşünas Əsmər Babayeva edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler