Beynəlxalq Valyuta Fondu Yaxın Şərqdəki müharibənin uzanmasının nəticələri barədə xəbərdarlıq edib
Yaxın Şərqdəki müharibənin 2027-ci ilə qədər uzanması və neftin qiymətlərinin təxminən 125 dollara yüksəlməsi vəziyyətində qlobal iqtisadiyyat daha pis nəticələrlə üzləşə bilər AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondu (IMF) idarəedici direktoru Kristalina Georg

Yaxın Şərqdəki müharibənin 2027-ci ilə qədər uzanması və neftin qiymətlərinin təxminən 125 dollara yüksəlməsi vəziyyətində qlobal iqtisadiyyat daha pis nəticələrlə üzləşə bilər AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondu (IMF) idarəedici direktoru Kristalina Georgieva deyib O, IMF-nin qısamüddətli münaqişəni fərz edən istinad ssenarisinin müharibənin davam etməsi səbəbindən artıq etibarlı olmadığını bildirib. Bu ssenaridə iqtisadi artımın bir qədər yavaşlaması (3,1 faiz) və inflyasiyanın məhdud artımı (4,4 faiz) proqnozlaşdırılırdı “Bu ssenari getdikcə daha uzaqda qalır. Davam edən müharibə, neft qiymətlərinin 100 dollardan yuxarı qalxması və artan inflyasiya təzyiqləri səbəbindən IMF-nin mənfi ssenarisi artıq baş verir. Əgər bu vəziyyət 2027-ci ilə qədər davam edərsə və neft qiymətləri 125 dollar civarına çatarsa, daha pis nəticə gözləməliyik. Artan inflyasiyanı görəcəyik və qaçılmaz olaraq inflyasiya gözləntiləri pisləşməyə başlayacaq”, - deyə IMF-nin rəhbəri qeyd edib Qeyd edək ki, IMF Yaxın Şərqdəki müharibənin yaratdığı əhəmiyyətli qeyri-müəyyənlik səbəbindən keçən ay 2026-cı və 2027-ci illərdə qlobal iqtisadi artımla bağlı 3 ssenari açıqlayıb: baza - istinad proqnozu, orta - mənfi ssenari və daha ağır – ciddi ssenari Mənfi ssenaridə bu il qlobal iqtisadi artımın 2,5 faizə enməsi, inflyasiyanın isə 5,4 faizə yüksəlməsi proqnozlaşdırılır. Ən pis ssenaridə isə iqtisadi artımın 2 faizə düşəcəyi, inflyasiyanın isə 5,8 faizə qalxacağı gözlənilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
