Beynəlxalq müstəvidə qiymətləndirmə: İlham Əliyevin sözü ilə əməli üst-üstə düşür
Bakıda BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Dünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi qlobal şəhərsalma gündəminin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir. Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən rəsmi şəxslər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri bi

Bakıda BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Dünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi qlobal şəhərsalma gündəminin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir. Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən rəsmi şəxslər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələrək şəhərsalma, mənzil təminatı və dayanıqlı inkişaf məsələlərini müzakirə edirlər Publika.az mövzu ilə bağlı millət vəkili Elman Nəsirovun fikirlərini öyrəndi Deputat bildirdi ki, Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməklə həm etimad qazanıb, həm də şəhərsalma və mənzil siyasəti sahəsində öz yanaşmalarını dünya ictimaiyyətinə təqdim etmək imkanı əldə edib Onun sözlərinə görə, WUF13-ün Bakıda keçirilməsi ölkənin beynəlxalq nüfuzunun göstəricisidir və eyni zamanda qlobal problemlərin müzakirəsinə töhfə verir Qlobal mənzil böhranı dərinləşir E. Nəsirov bildirdi ki, dünyada mənzil böhranı artıq ciddi qlobal problemə çevrilib. Onun sözlərinə görə, yüz milyonlarla insanın normal yaşayış yeri yoxdur, milyardlarla insan isə qeyri-kafi şəraitdə yaşayır "Təbii fəlakətlər, münaqişələr və sosial problemlər bu vəziyyəti daha da ağırlaşdırır. Bu məsələ artıq təkcə inkişaf etməkdə olan ölkələr üçün deyil, ABŞ və Avropa dövlətləri də daxil olmaqla bütün dünya üçün aktual çağırışdır", - deyə millət vəkili qeyd etdi Evsizlik və sosial risklər Müsahibimiz bildirdi ki, iri şəhərlərdə evsizlik problemi daha kəskin xarakter alır: "Nyu-York və Los-Anceles kimi şəhərlərdə on minlərlə evsiz insanın yaşadığı qeyd olunur. Bu cür sosial problemlər həll olunmadıqda, həm sosial gərginlik, həm də potensial təhlükələr yarana bilər" Şəhərsalma və ekologiya balansı Deputat əlavə etdi ki, yeni yaşayış evlərinin tikintisi zəruri olsa da, bu proses ekoloji tarazlıq nəzərə alınmadan həyata keçirilə bilməz. Onun sözlərinə görə, tikinti sektoru karbon emissiyalarında ciddi paya malikdir və buna görə də dayanıqlı şəhərsalma yanaşmaları vacibdir Azərbaycanın təcrübəsi - Qarabağ bərpası Elman Nəsirov Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi təcrübədən də danışdı. Dedi ki, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri bu sahədə nümunə kimi göstərilir Onun sözlərinə görə, həmin ərazilərdə infrastruktur layihələri sürətlə həyata keçirilir, yollar, körpülər, tunellər, sosial obyektlər və yaşayış evləri inşa olunur. Məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı təmin edilir Yaşıl enerji və inkişaf strategiyası Deputat həmçinin qeyd etdi ki, Azərbaycanda yaşıl enerji layihələri genişlənir və bərpa olunan enerji mənbələrinin inkişafı prioritet istiqamətlərdəndir. Qarabağ və Şərqi Zəngəzurun böyük enerji potensialı bu strategiyanın əsas hissəsini təşkil edir İlham Əliyevin siyasətinə yüksək qiymət Sonda Nəsirov bildirdi ki, Azərbaycanın bu istiqamətdə uğurları dövlət başçısı İlham Əliyev tərəfindən müəyyən edilən siyasətin nəticəsidir Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi strategiya beynəlxalq müstəvidə yüksək qiymətləndirilir, çünki onun səsləndirdiyi fikirlər və həyata keçirdiyi addımlar tam şəkildə üst-üstə düşür və real nəticələr verir Müəllif: Adəm Abbaslı WUF13-də Azərbaycanın uğuru: İlham Əliyevin inkişaf siyasəti qlobal müstəvidə WUF13-ün nəticələri: Azərbaycan qlobal urbanizasiyada qalıcı irs yaratdı Qarabağ təcrübəsi beynəlxalq urbanizasiya üçün nümunədir CHP-də baş verənlərin pərdəarxası - Kılıçdaroğlunun dönüşü nələrə səbəb olacaq? Gələcəyə hesablanmış strateji düşüncə: Bakıda insanların yaşam keyfiyyəti müzakirə olunur Cənubi Qafqazda yeni reallıq: Azərbaycan istiqaməti müəyyən edir Ağ Evdə mühüm toplantı - İran müharibəsi yenidən başlayır Azərbaycanda bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU Hara gedirsə, eşşəyi də özü ilə aparır - FOTO Tan Taşçının konsertində dəhşətli anlar yaşandı - VİDEO Kömür mədənində baş verən qəzada ölənlərin sayı 80-i keçdi Sumqayıtda qanunsuz tikili söküldü - VİDEO Məşhur partiyanın qurultayı ilə bağlı əməliyyat keçirildi - Saxlanılanlar var Qurbanlıq heyvan bazarında son vəziyyət: Qiymətlər nə qədər artıb? - Video

