Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda paytaxtımızda keçirilən beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı aprelin 30-da Milli Məclisdə olub Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a bildirilib ki

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda paytaxtımızda keçirilən beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı aprelin 30-da Milli Məclisdə olub Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a bildirilib ki, əvvəlcə plenar iclas zalı ilə tanış olan qonaqlara parlamentin tarixi, fəaliyyəti, burada işin təşkili və onun strukturları haqqında ümumi məlumat verilib Sonra qonaqlar Milli Məclisin inzibati binasını gəziblər. Müstəqil Azərbaycanın memarı, Ümummilli Liderin adını daşıyan Heydər Əliyev xatirə zalı ilə tanışlıq zamanı qonaqlar Ulu Öndər Heydər Əliyevin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar Ziyarətçilər Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun Milli Məclisin foyesində yaratdığı “Çiçəklən, doğma Azərbaycan” adlı divar rəsmi ilə də tanış olaraq, əsərin tarixi barədə məlumat əldə ediblər Sonra qonaqlar Milli Məclisin foyesində Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış və Vətən müharibəsində qazanılmış Qələbəyə həsr olunmuş Zəfər guşəsi ilə tanış olublar, inzibati binanın 15-ci mərtəbəsindəki “Xəzər salonu”ndan Bakının mənzərəsini seyr ediblər Söhbət zamanı ziyarətçiləri maraqlandıran suallar cavablandırılıb
Diğer Haberler

15 yaşından kiçik şəxslər üçün sosial media qadağası Rəsmi Qəzetdə nəşr olundu

İstanbul Respublika Baş prokurorunun müavini Osman Sağlamdan mərc araşdırması ilə bağlı açıqlama: Liqalar bitdikdən sonra əməliyyatlar sürətlə davam edəcək | T24
