Tenqri
Ana Səhifə
Dünya

Beynəlxalq Güləş Günü münasibətilə Şamaxıda jurnalistlər üçün seminar keçirilib

23 May – Beynəlxalq Güləş Günü münasibətilə Şamaxıda media nümayəndələri üçün Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən seminar keçirilib "Report"un Şirvan bürosunun Şamaxıya ezam olunmuş müxbiri xəbər verir ki, seminarda idman jurnalistləri, federasiya rəsmiləri və güləş ictimaiyyətinin üzvlə

0 baxışreport.az
Beynəlxalq Güləş Günü münasibətilə Şamaxıda jurnalistlər üçün seminar keçirilib
Paylaş:

23 May – Beynəlxalq Güləş Günü münasibətilə Şamaxıda media nümayəndələri üçün Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən seminar keçirilib "Report"un Şirvan bürosunun Şamaxıya ezam olunmuş müxbiri xəbər verir ki, seminarda idman jurnalistləri, federasiya rəsmiləri və güləş ictimaiyyətinin üzvləri iştirak ediblər Seminarın əsas məqsədi güləş idman növündə tətbiq olunan yeniliklər, beynəlxalq qaydalardakı dəyişikliklər və onların praktik əhəmiyyəti barədə məlumat vermək olub Seminarda çıxış edən AGF-nin Hakimlər Komitəsinin sədri Asif Şirəliyev son dövrlərdə güləş qaydalarında edilən dəyişikliklərdən danışıb. O bildirib ki, yeni qaydalar yarışların daha dinamik, şəffaf və tamaşaçılar üçün maraqlı keçməsinə xidmət edir Eyni zamanda, hakimlik sistemi, xal hesablanması və bəzi texniki məqamlarla bağlı yeniliklər iştirakçıların diqqətinə çatdırılıb Tədbir çərçivəsində jurnalistlərin sualları cavablandırılıb, beynəlxalq arenada tətbiq olunan qaydaların Azərbaycan güləşinə təsiri barədə fikir mübadiləsi aparılıb. Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və belə maarifləndirici görüşlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb Tədbir çərçivəsində idman jurnalistləri arasında intellektual yarış da təşkil edilib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler