Tenqri
Ana Səhifə
Dünya

Beynəlxalq Enerji Agentliyi: Dünyada 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir

Dünyada təxminən 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir Bildirilir ki, təmiz enerji keçidi yalnız texnoloji dəyişikliklərlə məhdudlaşmır, həm də davranış və struktur transformasiyalarını

0 baxışazertag.az
Beynəlxalq Enerji Agentliyi: Dünyada 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir
Paylaş:

Dünyada təxminən 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir Bildirilir ki, təmiz enerji keçidi yalnız texnoloji dəyişikliklərlə məhdudlaşmır, həm də davranış və struktur transformasiyalarını əhatə edir. Bu kontekstdə üç əsas sahədə - siyasət, cəmiyyət və sektorlarda eyni vaxtda addımlar atılmalıdır. Siyasət sahəsində təşviq mexanizmlərinin, qaydaların və maarifləndirmə kampaniyalarının birgə tətbiqi, cəmiyyət baxımından təhsil fəaliyyətləri, yerli icmaların qərar qəbuletmə proseslərində iştirakı, enerji sektorunda qadınların və gənclərin rolunun artırılması tövsiyyə olunur. Həmçinin sektor transformasiyasının bir hissəsi olaraq qlobal karbon emissiyalarının əhəmiyyətli bir hissəsinə cavabdeh olan binalar, nəqliyyat və məişət texnikası sektorlarında enerji səmərəliliyinin artırılmasının vacibliyi qeyd edilir İnkişaf etməkdə olan ölkələrdəki təcrübə nümunələrini də əhatə edən hesabatda vurğulanır ki, Hindistanın “Mission LiFE” proqramı davamlı istehlak vərdişlərini təşviq edir və 10 milyon ev təsərrüfatında damda Günəş panelləri quraşdırmağı hədəfləyən “PM Surya Ghar” proqramı enerjiyə çıxışı artırır Çinin pilot şəhər layihələri vasitəsilə nəqliyyatda elektrikləşdirməni genişləndirdiyi və enerji səmərəliliyi standartlarını gücləndirdiyi, ölkənin enerji etiketləmə sisteminin son 20 ildə 4,28 trilyon kilovat-saatdan çox elektrik enerjisinə qənaət etdiyi qeyd olunur Enerji keçidinin sosial ölçüsünün də qeyd olunduğu hesabatda bildirilir ki, ci illər arasında tətbiq olunacaq Avropa İttifaqının Sosial İqlim Fondu enerji yoxsulluğundan əziyyət çəkən ev təsərrüfatlarına və kiçik müəssisələrə dəstək göstərməyi hədəfləyir Hesabatda qeyd olunur ki, dünyada təxminən 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir və 2 milyarddan çox insan təmiz yemək bişirmə texnologiyalarına çıxış əldə edə bilmir. Bu kontekstdə, xüsusən də Afrikada təmiz enerjiyə çıxışı artırmaq üçün səylərin vacibliyi vurğulanır “Təmiz enerjiyə keçid təkcə iqlim məqsədlərinə çatmaq üçün deyil, həm də enerji xərclərinin azaldılmasına, həyat keyfiyyətinin yaxşılaşdırılmasına və iqtisadi imkanların artırılmasına əhəmiyyətli töhfə verəcək. Təmiz enerji texnologiyalarının geniş yayılmasında maliyyələşmə və texnologiya qədər sosial iştirak, davranış dəyişikliyi və sosial ədalət siyasəti də həlledici rol oynayır”, - deyə hesabatda bildirilir Qeyd edək ki, hesabatda müxtəlif ölkələrdən 55 ən yaxşı təcrübə nümunəsi araşdırılıb və siyasətçilər üçün tövsiyələr sadalanıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler