Beynəlxalq Cinayət Məhkəməsi rəhbərinin İrəvana ilk səfərinin məqsədi nədir?
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prezidenti Tomoko Akane 5 may tarixində Ermənistana səfər edib. Lakin onun səfəri və keçirilən görüşlər barədə məlumat yalnız bu gün ictimaiyyətə açıqlanıb Publika.az xəbər verir ki, səfər çərçivəsində BCM rəhbəri Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan və ba

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prezidenti Tomoko Akane 5 may tarixində Ermənistana səfər edib. Lakin onun səfəri və keçirilən görüşlər barədə məlumat yalnız bu gün ictimaiyyətə açıqlanıb Publika.az xəbər verir ki, səfər çərçivəsində BCM rəhbəri Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan və baş prokuror Anna Vardapetyan ilə görüşlər keçirib Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, görüşlərdə beynəlxalq cinayətlərin araşdırılması üzrə prokurorların potensialının artırılması, eləcə də qurumlararası əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər cinayət prosesində sübutların toplanması, həmçinin zərərçəkənlərin və şahidlərin müdafiəsi kimi vacib istiqamətlərə diqqət yetiriblər Ermənistan tərəfi BCM ilə birgə təlim proqramlarının həyata keçirilməsi, texniki əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi mexanizmlərinin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Görüşlərdə həmçinin effektiv və şəffaf əməkdaşlıq mexanizmlərinin qurulması barədə razılıq ifadə olunub Ədliyyə naziri ilə görüş zamanı Tomoko Akane Ermənistanın Roma Statutunun praktiki tətbiqi istiqamətində öhdəliklərini alqışlayıb. Tərəflər sənəddən irəli gələn hüquqi öhdəliklərin icrası məsələlərini də müzakirə ediblər Qeyd edək ki, Ermənistan 2023-cü ilin oktyabrında Roma Statutunu ratifikasiya edib və 2024-cü il fevralın 1-dən etibarən Beynəlxalq Cinayət Məhkəməsinin üzvü kimi fəaliyyət göstərir Ermənistan silah ixracına nəzarəti sərtləşdirir: Bundan sonra… Kütləvi dron hücumu: İrəvana uçuşlar təxirə salındı Qonşuda yanacaq bahalaşdı - Yeni qiymət Azərbaycan və Ermənistan yeni sənədlər imzalayacaq - Paşinyan detalları açıqladı Paşinyan Əliyevdən hansı məsələdə kömək istəyib? - Detallar Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir Ayın 18-dən bütün universitetlərdə tədris distant olacaq? - Açıqlama Ramiz Tahirovun müavini 1 milyonluq mənimsəmədə ittiham edilir - Ölümündən sonra Bakı metrosu iş rejimində dəyişiklik edir Bu məşhurlar 1 günə "milyonlar" itirdilər - SİYAHI Bu gün 3 bürc üçün nəhayət qara buludlar dağılır Qurban bayramında ətin qiyməti belə dəyişəcək - Əhaliyə çağırış edildi Bakının hansı küçələrində tıxac var? - Siyahı ABŞ-da qəribə nəzəriyyə yenidən gündəmdə: Trampın oğlu zaman səyahətçisidir?


