Ağ Evin yaxınlığında atəş səsləri! Gizli Xidmət xəbərdar edildi, bir nəfər güllələndi
ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evin yaxınlığında, Müstəqillik prospekti ilə 15-ci küçənin kəsişməsində silah səsləri eşidilib. Hadisədən dərhal sonra bölgədə təhlükəsizlik tədbirlərini artıran qruplar qısa müddətə həyəcan təbili çalıb Silah səsləri eşidilən zaman Ağ Evin bağçasında olan müxbirlər

ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evin yaxınlığında, Müstəqillik prospekti ilə 15-ci küçənin kəsişməsində silah səsləri eşidilib. Hadisədən dərhal sonra bölgədə təhlükəsizlik tədbirlərini artıran qruplar qısa müddətə həyəcan təbili çalıb Silah səsləri eşidilən zaman Ağ Evin bağçasında olan müxbirlər ehtiyat tədbiri olaraq ABŞ Məxfi Xidməti tərəfindən qısa müddətdə brifinq otağına toplanıb. Bir müddət sonra bölgədə təhlükə olmadığı müəyyən edilib və həyəcan vəziyyəti aradan qaldırılıb Hadisədən sonra ilk rəsmi açıqlama ABŞ Gizli Xidmətindən gəlib. ABŞ-da yerləşən sosial media platforması X-də məlumat mətni dərc edən qurum əməkdaşlarının bir polis məmurunun iştirak etdiyi silahlı insidentə müdaxilə etdiyini bildirib Açıqlamanın davamında hadisə zamanı bir nəfərin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələndiyi və güllələnən şəxsin sağlamlıq vəziyyətinin hələlik məlum olmadığı bildirilib


