Brüsseldə iğtişaşlar - video
Brüsseldə hüquq-mühafizə orqanları əməkdaşları ilə təhsil islahatlarına etiraz edənlər arasında toqquşma baş verib The Brussels Times-ın məlumatına görə, əksəriyyəti gənclərdən ibarət 1000-dən çox insan Brüsselin Mərkəzi Vağzalına toplaşaraq planlaşdırılan islahatlara etiraz edib. Hadisə yerinə pol

Brüsseldə hüquq-mühafizə orqanları əməkdaşları ilə təhsil islahatlarına etiraz edənlər arasında toqquşma baş verib The Brussels Times-ın məlumatına görə, əksəriyyəti gənclərdən ibarət 1000-dən çox insan Brüsselin Mərkəzi Vağzalına toplaşaraq planlaşdırılan islahatlara etiraz edib. Hadisə yerinə polis və yanğınsöndürənlər göndərilib Nümayişçilər stansiyanın yaxınlığındakı maneələri, velosipedləri, skuterləri və digər əşyaları yandırdıqda vəziyyət gərginləşib. İğtişaşlar zamanı onlar atəşfəşanlıq da atıblar. Avtobus dayanacaqları, bar və restoranların şüşələri zədələnib. Polis aksiyanı dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib Şəhər polisi Brüsseldə metro sistemini pozan bir neçə insident barədə məlumat verib “Əməkdaşlarımız ərazidə işləyir və nəqliyyatın fasiləsiz axını təmin etmək üçün dolama marşrutları təşkil edir”, - deyə məlumatda bildirilir Xəsarət alanlar və həbslər barədə məlumat verilmir Belçika hakimiyyəti ali təhsil müəssisələrində illik təhsil haqqını indiki 835 avrodan təxminən 1100 avroya qədər artırmağı planlaşdırır pic.twitter.com/49j5UzYv02


