Berlin Putinin ideyasını rədd etdi
Almaniya Rusiya prezidenti Vladimir Putinin keçmiş kansler Gerhard Schröder-in Avropa İttifaqı tərəfindən Ukrayna üzrə danışıqlara cəlb edilməsi təklifini rədd edib. Bu barədə Reuters-ə mənbələr məlumat verib Almaniya hökumətinin adının açıqlanmasını istəməyən nümayəndəsi agentliyə bildirib ki, bu

Almaniya Rusiya prezidenti Vladimir Putinin keçmiş kansler Gerhard Schröder-in Avropa İttifaqı tərəfindən Ukrayna üzrə danışıqlara cəlb edilməsi təklifini rədd edib. Bu barədə Reuters-ə mənbələr məlumat verib Almaniya hökumətinin adının açıqlanmasını istəməyən nümayəndəsi agentliyə bildirib ki, bu təklif inandırıcı deyil, çünki Rusiya nizamlanma ilə bağlı heç bir şərti dəyişməyib DPA yazır ki, Almaniya hökuməti Moskvanın təklifini “uydurma” və “Rusiyanın məşhur hibrid strategiyasının bir hissəsi” kimi qəbul edib. “Lakin Almaniya və Avropanı bölmək olmaz”, - deyə mənbələrdən biri bildirib Tagesspiegel qeyd edir ki, Vladimir Putinin ideyası hətta Şröderin üzvü olduğu SPD daxilində də “müəyyən müqavimətlə qarşılaşır”. SPD nümayəndəsi qəzetə deyib ki, potensial danışıqların moderatoru “yalnız Putinin dostu ola bilməz” Bir gün əvvəl Vladimir Putin çıxışı zamanı Gerhard Schröder-i Rusiya ilə Avropa arasında dialoq üçün uyğun danışıqlar aparan şəxs adlandırmışdı. Danışıqlarda Qərbin mövqeyini təmsil edə biləcək şəxs kimin ola biləcəyi ilə bağlı suala o, belə cavab verdi: "Şəxsən mənim üçün Almaniya Federativ Respublikasının keçmiş kansleri cənab Şröderə üstünlük verilir. Ona görə də avropalılar etibar etdikləri və haqqımızda heç bir pis söz deməyən bir lider seçsinlər"


