Görünməmiş qəza! Motosiklet işıqforda ilişib
Kanadanın Britaniya Kolumbiyası əyalətində baş verən yol qəzası görənləri heyrətə salıb. Motosiklet avtomobillə toqquşub və işıqforun dirəyindən başıaşağı vəziyyətdə qalıb Qəza 9 may 2026-cı il şənbə günü yerli vaxtla saat 15:00 radələrində Kanadanın Britaniya Kolumbiyası əyalətinin Şimali Delta b

Kanadanın Britaniya Kolumbiyası əyalətində baş verən yol qəzası görənləri heyrətə salıb. Motosiklet avtomobillə toqquşub və işıqforun dirəyindən başıaşağı vəziyyətdə qalıb Qəza 9 may 2026-cı il şənbə günü yerli vaxtla saat 15:00 radələrində Kanadanın Britaniya Kolumbiyası əyalətinin Şimali Delta bölgəsində baş verib. Surrey-Delta sərhədi yaxınlığında Scott Road (120-ci küçə) və 72-ci prospektin kəsişməsində baş verən qəzada motosiklet və sedan toqquşub Toqquşmanın təsirindən motosiklet havaya tullanaraq işıqforun dirəyindən asılıb. Ortaya çıxan görüntü ətrafdakı vətəndaşları heyrətə gətirib Qəzada ağır yaralanan motosiklet sürücüsü hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb. Səlahiyyətlilər sürücünün həyatının təhlükədə olmadığını açıqlayıb. Bildirilib ki, sedan markalı avtomobilin sürücüsü qəzadan xəsarət almadan xilas olub


