Belqradda "Strateji axınlar 2026" adlı beynəlxalq konfrans keçirilib
Serbiyanın paytaxtı Belqrad şəhərində "Strateji axınlar 2026" adlı beynəlxalq konfrans keçirilib "Report"un Balkan bürosu xəbər verir ki, Strateji Araşdırmalar Forumunun (FORST) və Koreyanın Serbiyadakı Səfirliyinin dəstəyi ilə keçirilən tədbir "Münaqişə ilə Nizam Arasında: Parçalanan Dünyada Kiçik

Serbiyanın paytaxtı Belqrad şəhərində "Strateji axınlar 2026" adlı beynəlxalq konfrans keçirilib "Report"un Balkan bürosu xəbər verir ki, Strateji Araşdırmalar Forumunun (FORST) və Koreyanın Serbiyadakı Səfirliyinin dəstəyi ilə keçirilən tədbir "Münaqişə ilə Nizam Arasında: Parçalanan Dünyada Kiçik və Orta Güclər" mövzusuna həsr olunub Konfransda Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev də iştirak edib FORST-un prezidenti və Serbiya Milli Assambleyasının sabiq deputatı doktor Neven Tsvetiçanin (Neven Cvetićanin) çıxışında ilk olaraq qurumunun fəaliyyət məqsədindən söz açıb "Fəaliyyətə başlayanda əsas ideyamız çox böyük strateji transformasiyaları onlar tarixə çevriləndən sonra deyil, baş verdiyi anda anlamağa xidmət etmək idi. Bu gün isə belə strateji düşüncəyə ehtiyac hər zamankından daha böyük görünür", - o qeyd edib Mütəxəssis vurğulayıb ki, beynəlxalq nizam dərin və sürətli transformasiya mərhələsindən keçir: "Biz eyni zamanda bir neçə böyük strateji prosesin baş verdiyi bir dövrün şahidiyik. Bunlardan birincisi Avropada müharibə, ikincisi Yaxın Şərqdə qeyri-sabitlik, üçüncüsü böyük güclər arasında artan strateji rəqabət, dördüncüsü qlobal iqtisadiyyatın transformasiyası, xüsusilə Yaxın Şərqdə baş verən hadisələrdən sonra, beşincisi enerji və qabaqcıl texnologiyalar sahəsində artan rəqabət və nəhayət, sonuncusu dünya siyasətinin mərkəzinin tədricən daha geniş Avrasiya və Hind-Sakit okean regionlarına doğru dəyişməsidir. Məhz buna görə biz bu ilki konfransın mövzusunu belə seçmişik. Çünki bu, bu gün bir çox ölkələri düşündürən əsas strateji sual artan qeyri-sabitlik şəraitində sabitliyin necə qoruna biləcəyi ilə bağlıdır" Koreya Xarici İşlər Nazirliyinin Siyasət Planlaşdırma/Strategiya üzrə keçmiş baş direktoru, Seuldə yerləşən Koreya Katolik Universitetinin professoru Sang Yoon Ma isə çıxışında kiçik və orta güclərin artıq öz yollarını müəyyən etməli olduqlarını vurğulayıb: "Belə sürətlə dəyişən bir mühitdə orta, bəlkə də, kiçik dövlətlər ən azı üç davamlı dilemma ilə üzləşirlər. Birincisi, uyğunlaşma və iqtisadiyyat dilemmasıdır. Böyük güclə yaxın uyğunlaşma açıq üstünlüklər gətirir - təhlükəsizlik təminatları, bazarlara və texnologiyaya çıxış, diplomatik dəstək və s. Lakin həmin böyük güc müxtəlif ittifaqlar və razılaşmalar sistemi yaradırsa, asimmetrik asılılıqlar meydana çıxır. Eyni zamanda, Çin, ABŞ və ya hər hansı tərəfdaşdan həddindən artıq asılılığı azaltmaq cəhdləri loyallığın zəifləməsi kimi qəbul edilə bilər və bu da müxtəlif istiqamətlərdən təzyiq yarada bilər İkincisi, qarşılıqlı asılılıq və dayanıqlılıq dilemmasıdır. Cənubi Koreya da daxil olmaqla bir çox orta güc qlobal təchizat zəncirlərinə dərindən inteqrasiya olunub. Avtomobil, yarımkeçiricilər, neft-kimya və polad kimi əsas sektorlar böyük bazarlara və sıx əlaqəli istehsal şəbəkələrinə bağlıdır. Qarşılıqlı asılılıq rifah gətirsə də, eyni zamanda həssaslıq da yaradır. İxrac nəzarətləri, tariflər və qəfil tənzimləyici dəyişikliklər hökumətlərə göstərdi ki, iqtisadi qarşılıqlı asılılıq sürətlə risk mənbəyinə çevrilə bilər. Buna görə müdafiə qabiliyyətinin gücləndirilməsi, sənaye rəqabət qabiliyyəti və təchizat zəncirlərinin dayanıqlılığı təkcə iqtisadi deyil, həm də strateji gündəlik məsələyə çevrilir Üçüncüsü, normativ mövqe dilemmasıdır. Xüsusilə soyuq müharibədən sonrakı dövrdə orta güclər insan hüquqları, inkişaf və münaqişələrin idarə olunması kimi sahələrdə yeni qaydaların dəstəkləyicisi və bəzən təşəbbüskarı kimi xüsusi rol iddia ediblər" Professor diqqətə çatdırıb ki, bu seçimlər davamlı olaraq uyğunlaşdırma və yenidən tənzimləmə tələb edir: "Son onillikdə Cənubi Koreyanın sənaye gücü və orta güc diplomatiyası marjinal mövqedən Asiya-Sakit okean regionunun mərkəzinə doğru irəliləyib. ABŞ–Çin rəqabətinin kəskinləşməsi fonunda "Yeni Cənub Siyasəti"ni irəli sürüldü. Bu, Koreyanın Çin asılılığını azaltmaq və ASEAN və Hindistanla əlaqələri gücləndirmək üçün məqsədli strategiya idi" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


