Belçikada çirkli pulların yuyulması əməliyyatı: 8 milyon avro ələ keçirildi
Brüssel Prokurorluğundan verilən açıqlamaya görə, Fransada narkotik ticarətindən əldə edilən gəlirlərin Belçikada yuyulması şübhəsi ilə aparılan istintaq çərçivəsində 17 ünvanda əməliyyat keçirilib Əməliyyatlar zamanı 8 milyon avro nağd pul, üç dəbdəbəli avtomobil və çoxlu sayda lüks saat ələ keçi

Brüssel Prokurorluğundan verilən açıqlamaya görə, Fransada narkotik ticarətindən əldə edilən gəlirlərin Belçikada yuyulması şübhəsi ilə aparılan istintaq çərçivəsində 17 ünvanda əməliyyat keçirilib Əməliyyatlar zamanı 8 milyon avro nağd pul, üç dəbdəbəli avtomobil və çoxlu sayda lüks saat ələ keçirilib, 6 nəfər saxlanılıb İstintaqda bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə edilən gəlirlərin Belçikaya gətirildiyi və Brüsseldəki biznes vasitəsilə yuyulduğu müəyyən edilib Son beş ildə bu üsulla bir neçə milyon avroluq cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulduğu təxmin edilir Hakim qarşısına çıxarılan şübhəlilərdən 3-ü həbs edilərkən, digər 3-ü isə zaminə buraxılıb Əməliyyatı Fransanın ədliyyə orqanları və Avropa İttifaqının Ədliyyə Əməkdaşlığı Agentliyi (Eurojust) ilə yaradılmış birgə istintaq qrupu həyata keçirib


