Belçikada enerji xərclərinin azaldılması yolları müzakirə olunur
Belçikada artan enerji qiymətləri fonunda ev təsərrüfatlarına xərcləri azaltmaq üçün tövsiyələr açıqlanıb AZƏRTAC xəbər verir ki, yerli mediaya görə, əsas diqqət gündəlik vərdişlərin dəyişdirilməsinə və enerjidən səmərəli istifadəyə yönəldilir Məlumata əsasən, məişət texnikası ümumi enerji xərclər

Belçikada artan enerji qiymətləri fonunda ev təsərrüfatlarına xərcləri azaltmaq üçün tövsiyələr açıqlanıb AZƏRTAC xəbər verir ki, yerli mediaya görə, əsas diqqət gündəlik vərdişlərin dəyişdirilməsinə və enerjidən səmərəli istifadəyə yönəldilir Məlumata əsasən, məişət texnikası ümumi enerji xərclərinin təxminən 30 faizini təşkil edir. Bu səbəbdən A enerji sinifli cihazların seçilməsi və onların düzgün istifadəsi mühüm hesab olunur Ekspertlər bildirir ki, sadə addımlar – işıq və cihazların istifadə olunmadıqda söndürülməsi, LED lampalara keçid və otaqlarda istiliyin saxlanması – əhəmiyyətli qənaət yarada bilər. Eyni zamanda, paltarların aşağı temperaturda yuyulması və quruducudan daha az istifadə edilməsi də enerji sərfiyyatını azaldır Qeyd olunur ki, nəqliyyatda ekoloji sürmə vərdişləri yanacaq sərfiyyatını 20-30 faiz azalda bilər Bundan əlavə, dəyişkən tarif sistemləri və müəyyən saatlarda daha ucuz elektrik imkanları istehlakçılara əlavə qənaət imkanı yaradır Mütəxəssislər vurğulayırlar ki, bu tədbirlər həm xərclərin azaldılmasına, həm də enerji resurslarından daha səmərəli istifadəyə xidmət edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Hazırda Özbəkistanda İkinci Dünya Müharibəsi veteranı və onlara bərabər tutulan 60 nəfər yaşayır

Neytrallıq, sanksiyalar və məhbusların taleyi. Ukraynanın Qırğızıstandakı səfiri ilə - müharibə və Orta Asiya ilə əlaqələr haqqında
