Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
Belçika hökuməti ABŞ və İran arasında əldə olunan anlaşma memorandumunu alqışlayaraq, bunun Yaxın Şərqdə sabitliyin möhkəmlənməsi istiqamətində mühüm addım olduğunu bildirib AZƏRTAC xəbər verir ki, xarici işlər naziri Maksim Prévot razılaşmanın regionda sülhün təmin olunmasına, o cümlədən Livandakı

Belçika hökuməti ABŞ və İran arasında əldə olunan anlaşma memorandumunu alqışlayaraq, bunun Yaxın Şərqdə sabitliyin möhkəmlənməsi istiqamətində mühüm addım olduğunu bildirib AZƏRTAC xəbər verir ki, xarici işlər naziri Maksim Prévot razılaşmanın regionda sülhün təmin olunmasına, o cümlədən Livandakı vəziyyətin yaxşılaşmasına töhfə verəcəyini vurğulayıb Belçika, eyni zamanda, dünya ticarəti üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazı üzərindən gəmiçiliyin tezliklə bərpa olunacağına ümid etdiyini açıqlayıb. Prévot qeyd edib ki, ölkəsi boğazda qeyd-şərtsiz və maneəsiz naviqasiya azadlığının təmin edilməsinə dəstək verməyə hazırdır Nazir, həmçinin danışıqlarda vasitəçilik edən Pakistan, Qətər və digər tərəflərin səylərini yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu razılaşma region və İran üçün yeni siyasi mərhələnin başlanğıcı ola bilər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


