Tenqri
Ana Səhifə
Dünya

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Belfast şəhərində bu həftə baş verən iğtişaşlar və irqçi hücumlardan sonra minlərlə insan bu gün keçirilən ant-irqçilik aksiyasında iştirak edib AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, “Nifrətə qarşı birlikdə” şüarı altında keçirilən mitinq Belfast şəhər bələdiyyəsi binasının qarşısında başlayıb

0 baxışazertag.az
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
Paylaş:

Belfast şəhərində bu həftə baş verən iğtişaşlar və irqçi hücumlardan sonra minlərlə insan bu gün keçirilən ant-irqçilik aksiyasında iştirak edib AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, “Nifrətə qarşı birlikdə” şüarı altında keçirilən mitinq Belfast şəhər bələdiyyəsi binasının qarşısında başlayıb. Tədbirdə müxtəlif siyasi partiyaların, həmkarlar ittifaqlarının və ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Aksiya iştirakçıları “İrqçiliyə qarşı mübarizə aparın”, “Qaçqınlara qucaq açırıq” və “İğtişaşlar Belfastı təmsil etmir” yazılmış plakatlar qaldırıblar Qeyd edək ki, Belfastda gərginlik iyunun əvvəlində şəhərin şimal hissəsində baş verən bıçaqlı hücumdan sonra yaranıb. Sosial şəbəkələrdə geniş yayılan hadisə nəticəsində bir nəfər ağır xəsarətlər alıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler