Belaruslu nazir Azərbaycanın əsas strateji müttəfiq kimi rolunu bir daha təsdiqləyib (FOTO)
BAKI, Azərbaycan, 7 aprel. Belarusun sənaye naziri Andrey Kuznetsov Trend-ə bildirib ki, Azərbaycan Belarusun əsas tərəfdaşlarından biri hesab olunur Onun sözlərinə görə, Gəncə Avtomobil Zavodunda Minsk Avtomobil Zavodunun (MAZ) şassiləri əsasında bələdiyyə avtomobillərinin yeni partiyasının (100

BAKI, Azərbaycan, 7 aprel. Belarusun sənaye naziri Andrey Kuznetsov Trend-ə bildirib ki, Azərbaycan Belarusun əsas tərəfdaşlarından biri hesab olunur Onun sözlərinə görə, Gəncə Avtomobil Zavodunda Minsk Avtomobil Zavodunun (MAZ) şassiləri əsasında bələdiyyə avtomobillərinin yeni partiyasının (100 ədəd) yığılması haqqında sazişin imzalanması iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi istiqamətində daha bir addımdır "Belarus avadanlığı Azərbaycan bazarında özünü yaxşı tərəfdən göstərib. İndi 100 maşın dəstinin tədarükü ilə bağlı müqavilə imzalanıb və biz onlardan Azərbaycanın ehtiyaclarını ödəmək üçün birgə bələdiyyə avtomobilləri istehsal edəcəyik. Bu, gələcək qarşılıqlı faydalı əməkdaşlığa doğru daha bir addımdır" Bu arada, bu gün Minskdə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev və “MAZ” ASC-nin baş direktoru Valeri İvankoviç arasında saziş imzalanıb Bu saziş Belarusun dövlət başçısının Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyevin və Prezident Aleksandr Lukaşenkonun verdiyi tapşırıqların icrası çərçivəsində imzalanıb "Son üç ildə biz ticarət dövriyyəmizi iki dəfə artırmışıq və qarşılıqlı faydalı ikitərəfli münasibətlərimizə daha da töhfə verəcək birgə müəssisələr yaratmışıq. Azərbaycanla əlaqələrimiz uğurla inkişaf edir. Minsk Traktor Zavodu ilə bağlı çox yaxşı nəticələrimiz var, Minsk Avtomobil Zavodu ilə bağlı da səmərəli əməkdaşlıq davam edir", - nazir əlavə edib Gəncə Avtomobil Zavodu ilə MAZ arasında əməkdaşlıq çərçivəsində istehsal olunan bələdiyyə avtomobilləri Gəncədə işlənib hazırlanmış və yığılmış müasir avadanlıqlarla təchiz olunub. Onlar bütün respublikanın şəhər infrastrukturuna xidmət etmək üçün nəzərdə tutulub. Bu layihə ölkənin bələdiyyə avtomobil parkının yenilənməsinə töhfə verir Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun


