Belarus Əmtəə Birjası Azərbaycanın süni intellekt həlləri provayderi ilə əməkdaşlıq edəcək
Belarus Universal Əmtəə Birjası ilə Azərbaycanın süni intellekt əsaslı avtomatlaşdırma sistemləri hazırlayan “Aigen Solutions MMC” şirkəti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb “Belta” xəbər verir ki, sənədi Belarus Universal Əmtəə Birjası İdarə Heyəti sədrinin birinci müavini Olqa Qore

Belarus Universal Əmtəə Birjası ilə Azərbaycanın süni intellekt əsaslı avtomatlaşdırma sistemləri hazırlayan “Aigen Solutions MMC” şirkəti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb “Belta” xəbər verir ki, sənədi Belarus Universal Əmtəə Birjası İdarə Heyəti sədrinin birinci müavini Olqa Qorelik və “Aigen Solutions” şirkətinin direktoru İsmayıl Məmmədli imzalayıb Mərasim Azərbaycan işgüzar dairələrinin Belarus Universal Əmtəə Birjasına səfəri çərçivəsində keçirilib Memoranduma əsasən, tərəflər birja ticarətinin təşkili və keçirilməsi ilə bağlı biznes proseslərinin optimallaşdırılması və səmərəliliyinin artırılması üçün süni intellekt texnologiyalarının tətbiqi sahəsində əməkdaşlığı inkişaf etdirəcək Əsas istiqamətlərdən biri süni intellekt həllərinin Belarus Universal Əmtəə Birjasının infrastrukturuna və əməliyyat fəaliyyətinə inteqrasiyası olacaq. Bu, böyük həcmli məlumatların analizinin, bazar tendensiyalarının proqnozlaşdırılmasının və risklərin idarə olunmasının avtomatlaşdırılmasına imkan verəcək Tərəflər həmçinin ticarət sahəsində rəqəmsal texnologiyaların tətbiqi üzrə mütəmadi məsləhətləşmələr aparmaq, təcrübə mübadiləsi etmək və birja fəaliyyətində süni intellekt həllərinin sınaqdan keçirilməsi üçün birgə layihələr həyata keçirmək niyyətindədir “Süni intellekt sistemlərinin tətbiqi texnoloji trendə uyğunlaşmaq deyil, müasir birja üçün obyektiv zərurətdir. Bu cür həllər bazar məlumatlarının analizinin dəqiqliyini artırmağa, ticarət proseslərini optimallaşdırmağa və əməliyyat risklərini minimuma endirməyə imkan verir”, - Olqa Qorelik bildirib “Aigen Solutions” şirkətinin direktoru İsmayıl Məmmədli isə öz növbəsində qabaqcıl süni intellekt texnologiyalarını birja ticarətinin real vəzifələrinə uyğunlaşdırılmasının müştərilər üçün faydalı olacağını bildirib: “Belarus Universal Əmtəə Birjası ilə tərəfdaşlıq sayəsində qabaqcıl süni intellekt texnologiyalarını birja ticarətinin real vəzifələrinə uyğunlaşdıra biləcəyik. Əminəm ki, birgə fəaliyyətimizin nəticəsi həm birja, həm də onun dünyanın müxtəlif ölkələrindəki müştəriləri üçün praktik fayda verəcək çevik və miqyaslana bilən rəqəmsal həllər olacaq” Hazırda Belarus Universal Əmtəə Birjasında Azərbaycanın 218 rezidenti akkreditasiyadan keçib. 2026-cı ilin ilk beş ayının nəticələrinə görə, Belarus və Azərbaycan arasında birja ticarət dövriyyəsi 15 faiz artaraq 48 milyon dollara çatıb


