Xaka Beşiktaşdan transfer olunub
"Beşiktaş" transfer işlərində diqqətini dünyaca məşhur yarımmüdafiəçi Qranit Xakaya yönəldib. Qara-ağlı rəhbərliyin təcrübəli ulduzun vəziyyətini yaxından izlədiyi öyrənilib İngiltərə mətbuatında yer alan xəbərə görə; Hazırda İngiltərənin "Sanderlend" komandasında çıxış edən 33 yaşlı isveçrəli fut

"Beşiktaş" transfer işlərində diqqətini dünyaca məşhur yarımmüdafiəçi Qranit Xakaya yönəldib. Qara-ağlı rəhbərliyin təcrübəli ulduzun vəziyyətini yaxından izlədiyi öyrənilib İngiltərə mətbuatında yer alan xəbərə görə; Hazırda İngiltərənin "Sanderlend" komandasında çıxış edən 33 yaşlı isveçrəli futbolçu komandadan getməyə hazırlaşır. 2028-ci ilə qədər müqaviləsi olduğu halda karyerasında yeni səhifə açmaq istəyən Xakanın meneceri vasitəsilə klub axtarışına başladığı bildirilib Bu inkişafa uyğun olaraq təcrübəli yarımmüdafiəçini təqib edən "Beşiktaş" rəhbərliyinin ulduz adını heyətinə qatmaq üçün hərəkətə keçməyə hazırlaşdığı bildirilib Xəbərin davamında Qranit Xakanın Türkiyə və Superliqa ilə bağlı müsbət rəylər aldığı və Beşiktaş formasını geyinməyə həvəsli olduğu qeyd edilib Transferin taleyinə “Beşiktaş”ın prezidenti Serdal Adalı ilə baş məşqçi Sergen Yalçın arasında baş tutacaq görüş müəyyənləşəcək. Yarımmüdafiə xəttini gücləndirmək istəyən "Beşiktaş" rəhbərliyi texniki komitənin razılıq verəcəyi təqdirdə 6 və 8 nömrəli mövqelərdə oynaya biləcək Xhaka üçün rəsmi addımlar atacaq


