Beşiktaşdan Altay Bayındır bomba! Yekun qərar bu addadır
"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın ilə yolları ayrıldıqdan sonra həm yeni baş məşqçi, həm də transfer cəhdləri sürətlənib. Qara-ağların gündəmində olan adlardan biri də “Mançester Yunayted”də çıxış edən Altay Bayındır olub Qapıçı transfer etmək istəyən "Beşiktaş"ın uzun müddətdir Altay Bayınd

"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın ilə yolları ayrıldıqdan sonra həm yeni baş məşqçi, həm də transfer cəhdləri sürətlənib. Qara-ağların gündəmində olan adlardan biri də “Mançester Yunayted”də çıxış edən Altay Bayındır olub Qapıçı transfer etmək istəyən "Beşiktaş"ın uzun müddətdir Altay Bayındırla maraqlandığı öyrənilib. Bildirilib ki, ağ-qara rəhbərliyi yeni mövsümün planlaşdırılmasında milli qolkiperi önəmli namizədlərdən biri kimi görür Fabrizio Romanonun xəbərinə görə, Altay Bayındırın "Beşiktaş"a transferində son sözü yeni baş məşqçi deyəcək. Rəhbərliyin texniki adam məsələsinə aydınlıq gətirdikdən sonra transfer üçün rəsmi addımlar ata biləcəyi bildirilib 2023-cü ildə "Fənərbağça"dan "Mançester Yunayted"ə keçən Altay Bayındırın bu yay İngiltərə komandasını tərk edə biləcəyi bildirilirdi. Bildirilir ki, 28 yaşlı qolkiper daha çox oynamaq şansı qazanacağı komandaya qoşulmaq istəyir Altay Bayındır indiyədək “Mançester Yunayted”in heyətində 17 matçda iştirak edib. Milli qolkiper bu görüşlərdə 31 qol buraxıb və 3 matçda qapısını təmiz saxlayıb Təcrübəli qolkiperin “Mançester Yunayted”lə daha 2 illik müqaviləsi var, bir illik opsiya ilə. Transfer prosesinə yeni baş məşqçinin qərarından sonra aydınlıq gələcəyi gözlənilir


