"Beşiktaş" Trossard üçün "Arsenal"la danışıqlar aparır
Yeni mövsüm əvvəli transfer çalışmalarını sürətini azaltmadan davam etdirən Beşiktaş, qanad transferi üçün hərəkətə keçdi. Ötən mövsüm cinah oyunçularından gözlənilən performansı ala bilməyən qara-ağlar, çıxışından razı qalmayan adlarla yollarını ayırmağı və bu bölgədə ən azı iki keyfiyyətli güclənd

Yeni mövsüm əvvəli transfer çalışmalarını sürətini azaltmadan davam etdirən Beşiktaş, qanad transferi üçün hərəkətə keçdi. Ötən mövsüm cinah oyunçularından gözlənilən performansı ala bilməyən qara-ağlar, çıxışından razı qalmayan adlarla yollarını ayırmağı və bu bölgədə ən azı iki keyfiyyətli gücləndirmə etməyi planlaşdırır Ağ-qara rəhbərlik kadr mühəndisliyi çərçivəsində radikal addımlar atdı. Alış opsiyalarından istifadə olunmayan Cengiz Ünder, Jota Silva və El Bilal Ture ilə rəsmən vidalaşıb. Komandanın hazırkı cinah oyunçularından Milot Rashica üçün cəlbedici təklif gələrsə, ayrılığın müsbət qarşılanacağı da öyrənildi Boş qalan qanad rotasiyasını dünya səviyyəli ulduzla doldurmaq istəyən “Beşiktaş” yolunu İngiltərəyə çevirib. Keçən mövsüm belçikalı ulduzu heyətinə qatmaq üçün böyük səy göstərən, lakin xoşbəxt sona çata bilməyən rəhbərlik Leandro Trossardın yerinə yenidən addım atıb. Ağ-qara rəhbərliyin yaxın günlərdə 31 yaşlı futbolçu üçün ciddi təkliflə London təmsilçisinin qapısını döyəcəyi gözlənilir Bildirilir ki, “Arsenal” forması ilə Premyer Liqa çempionluğunun dadını çıxaran və Çempionlar Liqasının finalında PSJ-yə qarşı oynayan 31 yaşlı təcrübəli futbolçu London komandasının növbəti mövsüm üçün planlarında yer almayıb Əvvəlki mövsümdə “Arsenal”ın heyətində 50 rəsmi matçda forma geyinən belçikalı ulduz 8 qol və 11 məhsuldar ötürmə ilə ümumilikdə 19 qola birbaşa töhfə verib


