Samsunspor Qalatasarayın iki ulduzunu istəyir
Trendyol Superliqasında iddialı heyət quraraq yenidən avrokubokları hədəfləmək istəyən "Samsunspor" transfer çalışmaları çərçivəsində gözünü "Qalatasaray"ın iki önəmli adına çevirib Ajanssporun xəbərinə görə; Texniki komitənin hesabatına uyğun olaraq, “Samsunspor” rəhbərliyi heyətin müdafiədə dəri

Trendyol Superliqasında iddialı heyət quraraq yenidən avrokubokları hədəfləmək istəyən "Samsunspor" transfer çalışmaları çərçivəsində gözünü "Qalatasaray"ın iki önəmli adına çevirib Ajanssporun xəbərinə görə; Texniki komitənin hesabatına uyğun olaraq, “Samsunspor” rəhbərliyi heyətin müdafiədə dərinliyini artırmaq və keyfiyyəti yüksəltmək üçün danimarkalı müdafiəçi Viktor Nelsson və “Qalatasaray”ın sol cinah müdafiəçisi Kazımcan Karataşı da siyahıya əlavə edib Bildirilib ki, “Samsunspor” heyəti yaxın günlərdə “Qalatasaray” rəhbərliyi ilə rəsmi təmasları sürətləndirərək transferi başa çatdırmağı hədəfləyib Viktor Nelsson mövsümün əvvəlində İtaliya A Seriyasının “Verona” komandasına icarəyə verilmişdi. Danimarkalı müdafiəçinin çıxış etdiyi “Verona” B Seriyasına düşdüyü halda, təcrübəli futbolçu meydana çıxdığı 33 matçda nə qol, nə də məhsuldar ötürmə verə bildi. Mövsümün ortası transfer dönəmində "Qalatasaray"dan RAMS Başakşehirə icarə əsasında transfer olunan Kazımcan Karataş 11 matçda 2 məhsuldar ötürmə edib


