Beş "Mauqli uşaq" tapıldı - VİDEO
Rusiyada maraqlı hadisə baş verib Publika.az "Çestnıy reportaj" Teleqram kanalına istinadən xəbər verir ki, Ufada yaşı 3-dən 14-ə qədər olan beş "Mauqli uşaq" tapılıb. Onlar cəmiyyət, ətraf mühitdən təcrid olunduqları üçün yerli media uşaqlara belə ad verib. Uşaqlar disfunksiyalı bir ailədə (Davaml

Rusiyada maraqlı hadisə baş verib Publika.az "Çestnıy reportaj" Teleqram kanalına istinadən xəbər verir ki, Ufada yaşı 3-dən 14-ə qədər olan beş "Mauqli uşaq" tapılıb. Onlar cəmiyyət, ətraf mühitdən təcrid olunduqları üçün yerli media uşaqlara belə ad verib. Uşaqlar disfunksiyalı bir ailədə (Davamlı münaqişələr, nizam-intizamsızlıq, qayğısızlıq, emosional və ya fiziki zorakılıq hallarının baş verdiyi, valideynlərdən birinin və ya hər ikisinin uşaqların əsas ehtiyaclarını qarşılaya bilmədiyi ailə-red.) tapılıblar Bildirilib ki, yetkinlik yaşına çatmayan uşaqlar antisanitar şəraitdə yaşayıb, tez-tez ac qalıb və ya sadəcə çörək qırıntıları yeyirmiş. Onların çoxuşaqlı anası isə spirtli içki aludəçisi olub və övladlarının tərbiyəsinə də laqeyd yanaşıb Ailə barədə mediaya məlumat ötürən mənbənin məlumatına görə, nisbətən böyük uşaqlar məktəbə də getmirlər. Evə isə qadına görə yad kişilər müntəzəm şəkildə baş çəkiblər. Uşaqlar arzuolunmaz qonaqların masasına əl uzadanda döyülürmüş Artıq Başqırdıstan Prokurorluğu araşdırmalara başlayıb və uşaqların müdafiəsi, qəyyumluğu ilə məşğul olan aidiyyəti orqanların hərəkətlərini də qiymətləndirmək niyyətindədir. Bildirilib ki, ac və cəmiyyətdən təcrid olunan "Mauqli uşaqlar" hazırda sosial qayğı müəssisəsindədirlər və hadisənin baş vermə səbəbləri araşdırılır Heydər Əliyevin şəxsi mühafizəçisi: "Çox sadə insan idi, bizə yasa gəlmişdi" - VİDEO Əsirlərin piyindən hazırlanan sabun - Nasistlər müharibədən sonra da ondan istifadə edirmiş Meloni Bakıda bu avtomobildən istifadə edib - VİDEO Rusiyada Qələbə paradında gözlənilməz hadisə yaşandı - VİDEO Bu ölkədə ilk: “Süni intellekt xəstəsi” aşkarlandı Alimlərin dünyanı şoka salan araşdırması: Bu qitə daha tez parçalanacaq Prezidentin xüsusi diqqət göstərdiyi şəhid atasının qəhrəman oğlu: Samir haqda nələr bilirik? - Foto/Video "İran futbolçuları Dünya Kubokunda oynamağa layiqdirlər” - Mourinyo Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - FOTO Heydər Əliyevin şəxsi mühafizəçisi: "Çox sadə insan idi, bizə yasa gəlmişdi" - VİDEO Tarix belə azarkeşlik görməmişdi - Öz komandalarını çempionluqdan etdilər Məşhur plastik zavodunda dəhşətli yanğın oldu - VİDEO Azərbaycan Prezidenti: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq “Zangilan City Park Hotel”in təməli qoyuldu - FOTOLAR


