“Beş ölkə lideri Netanyahuya təzyiq göstərməyi xahiş etdi” - Tramp
ABŞ prezidenti Donald Tramp son sutka ərzində İsrailin baş naziri Benyamin Netanyahu ilə apardığı danışıqların məzmununu açıqlayıb. Modern.az xəbər verir ki, Tramp İsrailin 12-ci telekanalına verdiyi müsahibədə deyib: “Mən Bibiyə dedim ki, son dərəcə ehtiyatlı olmalıdır”, – deyən Tramp əlavə edib:

ABŞ prezidenti Donald Tramp son sutka ərzində İsrailin baş naziri Benyamin Netanyahu ilə apardığı danışıqların məzmununu açıqlayıb. Modern.az xəbər verir ki, Tramp İsrailin 12-ci telekanalına verdiyi müsahibədə deyib: “Mən Bibiyə dedim ki, son dərəcə ehtiyatlı olmalıdır”, – deyən Tramp əlavə edib: “İsrail təyyarələri artıq İrana doğru yola çıxmışdı, lakin mən həmin hücumun miqyasını azaltmağa nail oldum” ABŞ lideri bildirib ki, son 24 saat ərzində keçirilən gərgin danışıqlar zamanı o, Netanyahunu münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsinin fəlakətli nəticələri barədə birbaşa xəbərdar edib “Mən Bibiyə dedim: hərəkətlərində çox ehtiyatlı ol, çünki çox keçmədən İranla təkbətək qala bilərsən”, – deyə Tramp bildirib Trampın sözlərinə görə, bazar günü axşam baş tutan ilk telefon danışığında o, İsrail baş nazirindən İranın hücumuna hərbi cavab verməkdən çəkinməsini israrla xahiş edib. Lakin həmin söhbət konkret nəticə verməyib və Netanyahu planlarını açıqlamayıb. Danışıqların məzmunundan xəbərdar olan mənbələr hesab ediblər ki, Tramp ən azı bir neçə gün vaxt qazanmağa nail olub Ancaq hadisələr sürətlə inkişaf edib. Telefon danışığından dərhal sonra Netanyahu İsrail müdafiə qurumlarının rəhbərliyi ilə təcili müşavirə keçirib, daha sonra isə ABŞ dövlət katibi Marko Rubio ilə əlaqə saxlayaraq İrana zərbə endirmək qərarı barədə rəsmi məlumat verib “Onlar (israillilər) bizi çox gec mərhələdə məlumatlandırdılar”, – deyə Tramp vəziyyəti təsvir edib. “Onların qüvvələri artıq İrana doğru hərəkətdə idi. Buna baxmayaraq, mən bu zərbənin miqyasını azaltmağa nail oldum” Tramp vurğulayıb ki, Vaşinqton ilə Tehran arasında vasitəçilik səylərində iştirak edən Yaxın Şərqin beş ölkəsinin lideri ondan Netanyahuya maksimum təzyiq göstərməyi xahiş edib. Regional oyunçuların əsas məqsədi qarşılıqlı zərbələri dayandırmaq və hərtərəfli sazişin imzalanmasına doğru irəliləməkdir “Bu səhər iranlılar bizimlə əlaqə saxlayaraq bildirdilər ki, artıq İsrailə zərbə endirməyəcəklər. Onlar bizdən İsrailə hücumları dayandırmağı çatdırmağımızı xahiş etdilər. Mən dərhal Bibiyə zəng etdim və onu dayanmağa məcbur etdim”, – deyə Tramp açıqlayıb Müsahibənin sonunda ABŞ prezidenti vurğulayıb ki, o, hələ də Tehranla böyük bir razılaşmanın əldə olunması üçün imkan pəncərəsinin açıq olduğunu düşünür. Onun fikrincə, İran bu sazişin imzalanmasında olduqca maraqlıdır və Tramp əmindir ki, bu, “yaxşı və güclü bir razılaşma” olacaq


