BDU tələbələrinin çöl-tədris təcrübələri başlanıb
Bakı Dövlət Universitetində (BDU) çöl-tədris təcrübələri başlanıb BDU-dan AZƏRTAC-a bildirilib ki, bakalavriat səviyyəsi üzrə Coğrafiya, Ekologiya və torpaqşünaslıq, Biologiya fakültələrinin müvafiq ixtisaslarının buraxılış kurs tələbələri tədris planına uyğun olaraq iyunun 3-dən Quba rayonunda çöl

Bakı Dövlət Universitetində (BDU) çöl-tədris təcrübələri başlanıb BDU-dan AZƏRTAC-a bildirilib ki, bakalavriat səviyyəsi üzrə Coğrafiya, Ekologiya və torpaqşünaslıq, Biologiya fakültələrinin müvafiq ixtisaslarının buraxılış kurs tələbələri tədris planına uyğun olaraq iyunun 3-dən Quba rayonunda çöl-tədris təcrübəsi keçirlər. Tələbələr həmin ərazilərin fiziki-coğrafi, iqtisadi-coğrafi, hidrometeoroloji, turizm-rekreasiya göstəriciləri, təsərrüfat sahələri ilə tanış olacaq, rayonun əhalisi, landşaftı, su hövzələri, torpaq-bitki örtüyü haqqında məlumatlandırılacaqlar Tarix fakültəsinin bakalavriat səviyyəsi buraxılış kurs tələbələrinin isə iyun ayının 3-dən Qobustan Milli Tarixi-Bədii Qoruğu, Quba Soyqırımı Memorial Kompleksində tədris təcrübəsi keçmələri nəzərdə tutulub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


