BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir. Müsabiqədə ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların Azərbaycan və rus bölmələri üzrə 6-cı sinfini bitirən şagirdlər iştirak edə bilərlər BDU-dan AZƏRTAC-a bi

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir. Müsabiqədə ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların Azərbaycan və rus bölmələri üzrə 6-cı sinfini bitirən şagirdlər iştirak edə bilərlər BDU-dan AZƏRTAC-a bildirilib ki, qeydiyyat prosesi 2026-cı il 9-19 iyun tarixlərində davam edəcək. Qəbul imtahanında iştirak etmək üçün qeydiyyat elektron portal (http://qebul-lisey.bsu.edu.az/) vasitəsilə həyata keçiriləcək Qəbul imtahanı iyulun 4-də keçiriləcək. Qəbul planı Azərbaycan bölməsi üzrə 100, rus bölməsi üzrə isə 50 yer olmaqla nəzərdə tutulub Liseyə qəbul imtahanı yalnız bir mərhələdən ibarətdir və imtahanın müddəti 150 dəqiqə təşkil edir. İmtahan aşağıdakı fənlər üzrə test üsulu ilə aparılır: • Tədris dili (Azərbaycan dili və ya rus dili) – 25 sual; Qəbul imtahanı Bakı Dövlət Universitetində keçiriləcək, qeydiyyatdan keçən şəxslərə əlavə məlumatlar e-mail vasitəsilə göndəriləcək Elektron-poçt: / 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


