Tenqri
Ana Səhifə
Dünya

BDU-da “Turan” ansamblının mühazirə-konserti təşkil olunub

Bakı Dövlət Universitetində (BDU) Türk dünyasının musiqi brendi, türk mədəniyyəti və irsinin səfiri olan “Turan” ansamblının mühazirə-konserti keçirilib BDU-dan AZƏRTAC-a bildirilib ki, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunan konsert Azərbaycan Respublikasının Müstəqillik Gününə həs

0 baxışazertag.az
BDU-da “Turan” ansamblının mühazirə-konserti təşkil olunub
Paylaş:

Bakı Dövlət Universitetində (BDU) Türk dünyasının musiqi brendi, türk mədəniyyəti və irsinin səfiri olan “Turan” ansamblının mühazirə-konserti keçirilib BDU-dan AZƏRTAC-a bildirilib ki, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunan konsert Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilib Konsert proqramından əvvəl çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova iştirakçıları qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib, bu günün milli ruhun gücünü, azadlığa sədaqəti və Vətən sevgisini ifadə etdiyini bildirib. O qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir və bütün Türk dünyasının inkişafına mühüm töhfələr verir. O, Türk Mədəniyyəti və İrsi Fondunun BDU ilə imzaladığı əməkdaşlıq memorandumu çərçivəsində bir sıra mühüm layihələrin həyata keçiriləcəyini bildirib. Aktotı Raimkulova “Turan” ansamblının musiqi və incəsənətin ortaq dili ilə xalqlarımız arasında körpü yaratdığını diqqətə çatdırıb BDU rektoru Elçin Babayev isə hazırda Türk dünyasının ən güclü və möhtəşəm dövrünü yaşadığını qeyd edib. O bildirib ki, Türk dünyasının liderləri xalqlarımızın gələcək inkişafı naminə mühüm qərarlara imza atırlar. Rektor Türk dünyasının zəngin mədəni irsinin təbliği, ortaq mədəni dəyərlərinin qorunması, gələcək nəsillərə ötürülməsi üçün birgə tədbirlərin önəmini vurğulayıb, konsertdə BDU-nun müəllim və tələbələri ilə yanaşı, Qazaxıstandan olan tələbələrin də iştirak etdiyini diqqətə çatdırıb Sonra “Turan” ansamblının üzvləri alqışlarla səhnəyə dəvət olunublar. Proqram çərçivəsində ansambl üzvləri tamaşaçıları türk xalqlarının milli musiqi alətləri ilə tanış edib, həmin xalqların musiqilərini səsləndiriblər. Onlar yalnız musiqi əsərlərini ifa etməklə kifayətlənməyib, qrupun yaranma tarixi, ənənəvi musiqi alətlərinin mənşəyi, onlarla bağlı rəvayətlər və hazırlanma incəlikləri barədə ətraflı məlumat veriblər. Hər bir əsər onun bədii və mənəvi məzmununu açıqlayan dolğun izahlarla müşayiət olunub, sənətçilərlə tamaşaçılar arasında canlı ünsiyyət qurulub. Konsert proqramında musiqi kollektivinin ifasında Azərbaycanın “Ay Laçın” xalq musiqisi də səslənib “Turan” ansamblının hər ifası tamaşaçılarda böyük coşqu yaradıb. Sonda rektor Elçin Babayev Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və ansambl üzvlərinə təşəkkürnamə təqdim edib Bu günə qədər ansambl dünyanın 130-dan artıq şəhərində 4000-dən çox konsert verib. Cəmi 5 üzvdən ibarət olan ansambl türk xalqlarının 60-dan artıq ənənəvi musiqi alətində ifa edə bilir və bütün türk dillərində musiqilər səsləndirir. İndiyədək ansambl tərəfindən 200-ə yaxın mühazirə-konsert təşkil olunub. Ansambl Türk dünyasının folklor musiqi sənətinin qorunması və inkişafına mühüm töhfə verir, gənclərdə ənənəviliyə maraq oyadır, milli kimlik hissini möhkəmləndirir və onların mənəvi zənginləşməsinə xidmət edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler