BDU-da növbəti “Açıq qapı” günü: vətəndaşlara pulsuz hüquqi məsləhət veriləcək
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində fəaliyyət göstərən Hüquq Klinikası tərəfindən iyunun 27-də pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçiriləcək BDU-dan 525.az-a bildirilib ki, təşəbbüsün əsas məqsədi əhalinin hüquqi maarifləndirilməsinə dəstək olmaq, hüquqi xidmətlərə

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində fəaliyyət göstərən Hüquq Klinikası tərəfindən iyunun 27-də pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçiriləcək BDU-dan 525.az-a bildirilib ki, təşəbbüsün əsas məqsədi əhalinin hüquqi maarifləndirilməsinə dəstək olmaq, hüquqi xidmətlərə çıxışı genişləndirmək və xüsusilə həssas qrupların hüquqlarının qorunmasına töhfə verməkdir. “Açıq qapı” günü müxtəlif sahələr üzrə hüquqi məsləhətləri əhatə edəcək Müraciət edən şəxslərə BDU-nun Hüquq fakültəsinin vəkil-müəllimləri tərəfindən peşəkar hüquqi yardım göstəriləcək Bu cür təşəbbüslərin gələcəkdə silsiləli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Vətəndaşlar hüquqi məsələlərlə bağlı müraciətlərini BDU-nun Hüquq Klinikasına ünvanlaya və ya “Açıq qapı” günü ərzində birbaşa iştirak edə bilərlər Əlavə məlumat və qeydiyyat üçün ünvanına müraciət edilməlidir


