Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

İyunun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb Ya

0 baxışazertag.az
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Paylaş:

İyunun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, səhər yağışın bir qədər intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 18-21° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda isə yağışın güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-32° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-28° isti olacaq Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərurda dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti olacaq Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-28° isti olacaq Şərqi Zəngəzur - Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-28° isti olacaq Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti olacaq Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacaq Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-32° isti olacaq Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-32° isti, dağlarda gecə 15-17° isti, gündüz 20-25° isti olacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler